Elektrik avadanlıqlarının fasiləsiz işləməsini təmin edir və texniki təcrübəyə malikdir.
Vakansiya haqqında
Vəzifə və Öhdəlikləri:
- Növbə ərzində zavodun elektrik təchizatı sisteminin və elektrik avadanlıqlarının fasiləsiz, etibarlı və dayanıqlı işinin təmin edilməsi;
- Elektrik qurğularının iş rejiminə növbə boyu daimi operativ nəzarətin təşkili və əsas göstəricilərin izlənməsi
- Təsdiq olunmuş qrafikə uyğun olaraq elektrik avadanlıqlarında profilaktik baxışların və texniki qulluğun həyata keçirilməsi;
- Elektrik ölçü cihazları vasitəsilə parametrlərin ölçülməsi, nəticələrin qiymətləndirilməsi və aşkar olunan qüsurlar barədə vaxtında, düzgün məlumatın verilməsi;
- Elektrik avadanlıqlarında yaranan nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması;
- Operativ jurnalların dəqiq aparılması və növbə üzrə məsul şəxslərin tapşırıqlarının vaxtında və keyfiyyətli icrası;
- Qəza və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə texniki təhlükəsizlik (TTQ), yanğın təhlükəsizliyi (YT) və texniki istismar (TİQ) qaydalarına ciddi riayət edilməsi
Tələblər
- Elektrik mühəndisliyi, elektroenergetika və ya oxşar sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- Müvafiq ixtisas sertifikatları (məsələn, elektrik təhlükəsizliyi üzrə) arzuolunandır
- Məsuliyyətli və diqqətli olmaq;
- Stress altında və növbəli iş rejimində işləmək bacarığı;
- Operativ qərarvermə və komanda ilə işləmə bacarığı;
- Yüksək məsuliyyət və intizam;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İş şəraiti:
- İş yeri - Sumqayıt;
- İş rejimi: növbəli;
- Nahar pulu;
- Servis;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Növbətçi elektrik montyoru” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Növbə mühəndisi üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 350 ₼.
14 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Növbə mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sumqayıtdadır.
İş növbəli rejimdədir.
Minimum 3-5 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Müraciət zamanı mövzu yerinə “Növbətçi elektrik montyoru” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçNahar pulu, servis və könüllü tibbi sığorta təmin edilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarNövbə mühəndisi üzrə Sumqayıtda digər açıq elanlar.
Mexanik sistemlərin fasiləsiz işləməsini təmin edir və texniki heyəti idarə edir.
Elektrik işlərinin sahədə icrasını izləyir və tikinti sektorunda ən azı 5 il təcrübə tələb edir.
Regionlarda sənaye qaz qurğularının istismarına icazə verilməsi və yoxlamaların aparılması üzrə işləyir, qaz təchizatı üzrə 3 il təcrübə tələb olunur.



