Tikinti obyektlərində elektrik sistemlərinin quraşdırılması və texniki nəzarətini həyata keçirir, elektrik mühəndisliyi üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə funksiyaları:
- Dəmir-beton işlərinin (armatur, kalıp, beton tökmə) keyfiyyətinə sahədə nəzarətin həyata keçirilməsi
- İşlərin layihə, texniki şərtlər və standartlara uyğun icrasının yoxlanılması
- Beton tökülməsi öncəsi və sonrası yoxlamaların (pre-pour / post-pour inspections) aparılması
- Materialların (sement, armatur, qatqılar və s.) keyfiyyət sertifikatlarının yoxlanılması
- Laborator testlərin (slump test, kub nümunələr və s.) təşkili və nəticələrin izlənilməsi
- Uyğunsuzluqların (NCR) aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi
- Podratçı işlərinin keyfiyyət baxımından nəzarətdə saxlanılması
- Gündəlik və həftəlik hesabatların hazırlanması
- Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi
- İş təhlükəsizliyi və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi üzrə)
- Dəmir-beton işləri üzrə minimum 2–4 il iş təcrübəsi
- Beton, armatur və kalıp işləri üzrə texniki biliklər
- Layihə sənədlərini (shop drawing, IFC) oxuma və təhlil etmə bacarığı
- Yerli normativlər və beynəlxalq standartlar (ASTM, BS, Eurocode və s.) üzrə biliklər
- Beton tökülməsi, curing, slump test və digər laborator nəzarət prosedurları üzrə anlayış
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
- Detallara diqqət, məsuliyyət və operativ qərarvermə bacarığı
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür
İş Şəraiti:
- İş qrafiki: 6/1, 08:00-17:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Korporativ balans (bakcell)
- Korporativ taksidən istifadə
- Əmək haqqı: 2200-2500 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Keyfiyyətə nəzarət mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
2–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 200–2 500 ₼
Yerləşdirilib
26 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
26 sentyabr 2026
Şirkət haqqında
Avant Group
Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Dənizdə sahə mühəndisliyi xidmətləri göstərir və ən azı 3 il təcrübə tələb olunur.
Maaş göstərilməyib
Dənizdə offshore tikinti və quraşdırma işlərinə mühəndislik dəstəyi verir, 3 il təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti layihələrinin icrasını idarə edir, 15 ildən çox mühəndis-texniki təcrübəyə malikdir.
Müraciət etAsan müraciətAsan müraciət




