Gələn qonaqları qarşılayır, telefon zənglərini idarə edir və ofis işlərini təşkil edir, Office proqramlarını yaxşı bilir.
Vakansiya haqqında
Əsas tələblər:
- Ali təhsil
- Müştəri xidmətləri üzrə azı 3 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Daxili prosedura, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən əlaqə mərkəzi vasitəsilə xidmət göstərmək;
- Şirkətin biznes istiqamətləri üzrə təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatlı olmaq;
- Sorğu nəticələrinin düzgün şəkildə müvafiq proqramlarda qeydə alınması;
- Əlaqə mərkəzi əməkdaşlarının dəyərləndirilməsi;
- Müştərilərlə zəng vasitəsilə əlaqə saxlayaraq xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə mövcud ssenari çərçivəsində sorğu aparmaq;
- Şikayətlərin gündəlik daha detallı şəkildə təhlil olunması və müvafiq fayla əlavə edilməsi; Müraciətləri əsaslı və əsassız olmaqla ayrılaraq ilkin qiymətləndirilməsi;
- Müştərilərin şikayətlərinin vaciblik dərəcəsindən aslı olaraq komanda üzvlərinə, eləcə də müvafiq Bizneslərin aidiyyəti departamentlərindəki məsul şəxslərə vaxtında yönləndirilməsi.
- Şikayət bağlananadək izlənilməsi.
Bilməlidir:
Keyfiyyət və audit bilikləri
- Keyfiyyət idarəetməsi baza prinsiplərini
- Uyğunsuzluqların aşkarlanması metodlarını
- Uyğunsuzluqların aşkarlanması, səbəb-təsir analizi və onların aradan qaldırılması metodlarını
Hüquqi və normativ əsaslar
- İstehlakçı hüquqları, müştəri məmnuniyyəti və xidmət keyfiyyətinə dair yerli qanunvericilik barədə əsas biliklər
Hesabat bacarıqları
- MS Office proqramlarını (xüsusilə Excel və Word) sərbəst istifadə etməyi
- Hesabatların hazırlanması və təqdim edilməsində tələb olunan standart yazışma üslubunu
Analitik və müşahidə bacarıqları
- Təhlil aparmaq, detallara diqqət yetirmək və nəticələri düzgün qiymətləndirmək
- Müşahidələr əsasında əsaslı və faktlara söykənən qərar vermək
Müştəri məmnuniyyəti və xidmət keyfiyyəti
- Müştəri məmnuniyyətinin ölçülməsi metodlarını
- Müştəri şikayətlərinin idarə olunması və həlli proseslərini
- Müştəri xidmətində etik davranış və ünsiyyət normalarını
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Keyfiyyət auditi üzrə mütəxəssis” qeyd edərək müraciət edə bilərsiniz.
Şirkət haqqında
Biz sosial məsuliyyəti dərk edərək davamlı inkişafa, innovasiyaya və etibarlılıq prinsipinə inanaraq müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlər qrupuyuq. Bizim dəyərlərimiz bizim iş prinsipimizin əsas meyarlarını təşkil edir.
SR Group Co MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştəri müraciətlərini qəbul edir, müqavilələr hazırlayır və portfelə nəzarət edir, maliyyə təhsili tələb olunur.
Müştəri xidmətləri üzrə koordinator müştərilərin sorğularını cavablandırır və yüksək ünsiyyət bacarığına malik olmalıdır.
Filialın işçi heyətini idarə edir və kredit portfelini effektiv şəkildə idarə etmək bacarığı tələb olunur




