İstehsalat məhsullarının keyfiyyətinə nəzarət edir və qida təhlükəsizliyi biliklərinə malikdir.
Vakansiya haqqında
ATA Pack MMC-dən vakansiya: Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
- İstehsaldan çıxan çap məhsullarının rəng uyğunluğunun, çap keyfiyyətinin, mətn və barkodların düzgünlüyünün yoxlanılması.
- Məhsulların müştəri sifarişi və təsdiq edilmiş nümunəyə uyğunluğunun yoxlanılması.
- Xammalın keyfiyyətinə nəzarət.
- Aşkar edilmiş qüsur və uyğunsuzluqların qeydiyyata alınması və aidiyyəti struktur bölmələrə vaxtında məlumat verilməsi.
- Keyfiyyət problemlərinin araşdırılması və səbəblərinin təhlili.
- İstehsal prosesinin müxtəlif mərhələlərində operativ keyfiyyət nəzarətinin həyata keçirilməsi və məhsulun müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi.
- Məhsulun ölçü, çəki və digər texniki göstəricilərinin yoxlanılması.
- ISO 9001:2015, İSO 9001:22000 standartlarının tələblərinə uyğun işləmək.
- Rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədlərə tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi (istehsal və ya çap sahəsi olması mütləqdir)
- MS Excel və Word proqramlarından istifadə.
- Rus dili biliyi B1 səviyyədə (mükəmməl səviyyədə yazı və oxu bacarıqları)
- Diqqətlilik, məsuliyyət və tələbkarlıq.
- Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı;
- Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı.
- Növbəli iş rejimində işləyə bilmək.
İş şərtləri:
- İş qrafiki: Növbəli
- İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur
- Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 650–1 300 ₼ ödəyir, median — 1 120 ₼.
48 açıq vakansiya, 41 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Balaxanı Sənaye Parkındadır, Koroğlu metro stansiyasından servis xidməti mövcuddur.
İş növbəli rejimdədir.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
MS Excel və Word proqramlarından istifadə bacarığı tələb olunur.
Rus dili B1 səviyyəsində olmalıdır.
CV-lər qeyd olunmuş ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Tikinti materiallarının və avadanlıqların keyfiyyətinə nəzarət edir, minimum 1 il təcrübə tələb olunur
İstehsalat prosesini yoxlayır, məhsulun keyfiyyətinə və sanitar qaydalara nəzarət edir, 1 ildən az təcrübə tələb olunur.
Süd məhsullarının keyfiyyətinə nəzarət edir və laboratoriya analizləri aparır, HACCP bilikləri tələb olunur.





