Müxtəlif metal və kompozit strukturların dizaynını və struktur analizini aparır, mühəndis proqramlarında təcrübə tələb olunur.
Vakansiya haqqında
Mexanika üzrə Təcrübə Proqramına Qəbul Elan Edirik!
Korporativ Sosial Məsuliyyət öhdəliyimiz çərçivəsində yerli kadr potensialının inkişaf etdirilməsi və peşəkar yüksəliş imkanlarının yaradılması məqsədilə “Mexanika üzrə Təcrübə Proqramı”nı elan edirik.
Mexanika mühəndisliyi sahəsində karyera qurmaq istəyən namizədlər üçün nəzərdə tutulan proqram Şıxov ərazisində yerləşən iş sahəmizdə peşəkar təlimçilər tərəfindən 2 (iki) aylıq ixtisaslaşmış təlim keçirilməsi planlaşdırılmışdır.
Proqram iştirakçıları təcrübə müddəti ərzində şirkətdə tam ştatlı əsaslarla çalışacaq və əməkhaqqı ilə təmin olunacaqlar. Proqramı uğurla başa vuran iştirakçılar layihələrimizə təyin edilərək praktiki təcrübə qazanmaq və peşəkar bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı əldə edəcəklər.
Mexanika mühəndisliyi sahəsində karyerasına başlamaq və peşəkar inkişaf yolunda ilk addımını atmaq istəyən hər kəsi proqramımıza qoşulmağa dəvət edirik!
Namizədlərə dair tələblər
- Mexanika mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə yeni məzun olan namizədlərə üstünlük veriləcək.
- Mexanika mühəndisliyi sahəsində karyera qurmağa və peşəkar inkişaf etməyə həvəsli olmaq.
- Öyrənməyə, yeni bilik və bacarıqlar əldə etməyə açıq olmaq.
- Komandada işləmək bacarığına malik olmaq.
- Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq.
- İki aylıq təlim proqramında tam iştirak etmək və tam ştatlı iş rejiminə hazır olmaq.
- Beynəlxalq təcrübəyə sahib şirkətin layihələrində praktiki təcrübə qazanmaq və uzunmüddətli peşəkar inkişafa maraq göstərmək.
- İngilis dili biliyi üstünlükdür.
Proqramın üstünlükləri:
- Peşəkar təlimçilər tərəfindən iki aylıq ixtisaslaşmış təlim.
- Təcrübə müddətində əməkhaqqı ilə təmin olunma.
- Şirkətin layihələrində praktiki iş təcrübəsi qazanmaq imkanı.
- Peşəkar inkişaf və karyeraya başlamaq fürsəti.
- Tam rəsmi işəqəbul prosesi.
Qeyd: “Mexanika üzrə Təcrübə Proqramı” tam ştat proqram olaraq nəzərdə tutulmuşdur və standart iş saatlarında fəaliyyət göstərəcəkdir.
Maraqlanan namizədlər Azərbaycan və ya ingilis dillərində CV-lərini mövzu hissəsində "Mexanika üzrə Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mexaniki mühəndis üzrə bazar adətən 700–2 240 ₼ ödəyir, median — 1 000 ₼.
26 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mexaniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Şıxov ərazisində yerləşir.
Proqram tam ştat və standart iş saatlarında fəaliyyət göstərəcəkdir.
Bəli, təcrübə müddətində əməkhaqqı ilə təmin olunacaqsınız.
Mexanika mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə yeni məzun olmaq üstünlükdür.
İngilis dili biliyi üstünlükdür, amma məcburi deyil.
CV-lərinizi mövzu hissəsində "Mexanika üzrə Təcrübə Proqramı" qeyd etməklə elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMexaniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Generatorların texniki xidməti və təmiri üzrə işləyir, minimum 3 il təcrübə tələb olunur.
Daxiliyanma mühərriklərinin diaqnostikası və təmiri üzrə 3 il təcrübəsi olan mühəndis axtarılır.
Hündürmərtəbəli binalarda mexanika sistemlərinin quraşdırılmasına nəzarət edir, 5+ il təcrübə tələb olunur.



