Tikinti layihələri üçün konstruktiv həllər hazırlayır və AutoCAD proqramında işləməyi bacarır.
Vakansiya haqqında
İş şəraiti
- Layihə: Bahar Residence
- İş rejimi: Həftə içi 5 gün, saat 9:00–18:00
- Əmək haqqı: Müsahibə əsasında ( Başlanğıc 2500-3000azn)
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin konstruktiv hissəsinin hazırlanması və yoxlanılması;
- Dəmir-beton, metal və digər konstruksiyaların hesablanması və layihələndirilməsi;
- Layihə sənədlərinin (çertyojlar, hesabatlar və s.) hazırlanması və optimallaşdırılması;
- Tikinti prosesində konstruktiv həllərin düzgün icrasına nəzarət;
- Müəyyən edilmiş norma və standartlara uyğunluğun təmin edilməsi;
- Layihə komandası (memar, mühəndis və s.) ilə koordinasiyalı işləmək;
- Texniki problemlərin operativ həlli və təkliflərin verilməsi;
- Mövcud layihələr üzrə dəyişikliklərin və təkmilləşdirmələrin aparılması.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Konstruktor kimi minimum 4 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları üzrə biliklər;
- AutoCAD, ETABS, SAP2000 və ya digər mühəndis proqramları ilə işləmə bacarığı;
- Analitik düşünmə və məsuliyyətlilik;
- Komandada işləmə və vaxtın düzgün idarə olunması bacarığı.
Üstünlüklər:
- Böyük layihələrdə iş təcrübəsi;
- Müasir konstruktiv həllərlə işləmə təcrübəsi;
- Rus və ya ingilis dili biliyi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühəndis konstruktor üzrə bazar adətən 1 200–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
8 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühəndis konstruktor kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftə içi 5 gün, saat 9:00–18:00 işləməkdir.
Əmək haqqı müsahibə əsasında, başlanğıc 2500-3000 manatdır.
İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil və konstruktor kimi minimum 4 il iş təcrübəsi tələb olunur.
AutoCAD, ETABS, SAP2000 və ya digər mühəndis proqramları ilə işləmə bacarığı tələb olunur.
Rus və ya ingilis dili biliyi üstünlükdür.
Namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühəndis konstruktor üzrə Bakıda digər açıq elanlar.
Bina və qurğuların konstruktiv layihələrini inşaat norma və qaydalarına uyğun hazırlayır, ən azı 3 il təcrübəsi var.
Bina və sənaye tikintilərinin konstruktiv layihələndirilməsini aparır, ən az 5 il təcrübəsi var.
Beton və polad konstruksiyaların layihələndirilməsi və sahə nəzarəti üzrə 5 ildən çox təcrübəsi olan mühəndis.




