Tikinti prosesini təşkil edir, işlərin keyfiyyətinə və vaxtında icrasına nəzarət edir, tikinti təcrübəsi tələb olunur.
Vakansiya haqqında
AMASS Group komandamıza tikinti sahəsində iş prosesinin təşkili və idarə olunmasını təmin edəcək, məsuliyyətli və təcrübəli Sahə rəisi axtarırıq.
Əsas vəzifə öhdəlikləri
-
Tikinti sahəsində gündəlik iş prosesini təşkil etmək və işlərin gedişinə nəzarət etmək;
-
İşçi heyətinin fəaliyyətini koordinasiya etmək və tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək;
-
Tikinti işlərinin təsdiq edilmiş layihə, texniki sənədlər və iş qrafikinə uyğun aparılmasına nəzarət etmək;
-
Material və avadanlıqlardan səmərəli istifadəni təmin etmək;
-
Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
-
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
-
İş prosesində yaranan problemləri operativ şəkildə müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək;
-
Gündəlik görülən işlər barədə rəhbərliyə məlumat vermək və hesabatlar hazırlamaq;
-
Digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək.
Namizədə tələblər
-
Tikinti sahəsində minimum 3 il təcrübə;
-
Tikinti prosesləri və işlərin təşkili barədə praktiki biliklər;
-
İşçi heyətini idarə etmək və koordinasiya etmək bacarığı;
-
Layihə və texniki sənədləri oxumaq və anlamaq bacarığı;
-
Məsuliyyətlilik, operativlik və təşkilatçılıq qabiliyyəti;
-
Problemləri həll etmək və qərarvermə bacarığı;
-
Komanda ilə işləmək və rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sahə rəisi üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
17 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə rəisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tikinti sahəsində minimum 3 il təcrübə tələb olunur.
Tikinti proseslərinin təşkili, işçi heyətinin idarə olunması, layihə və texniki sənədlərin oxunması bacarığı tələb olunur.
Müraciət üçün CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİşlərin layihə, texniki sənədlər və iş qrafikinə uyğun aparılması, keyfiyyət və texniki tələblərə uyğunluq nəzarət olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə rəisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti işlərinin sahədə təşkili və icrasına nəzarət edir, 3-5 il təcrübə tələb olunur.
Daxili təmir-tamamlanma işlərini idarə edir və keyfiyyətə nəzarət edir.
Tikinti sahəsində işlərin icrasına nəzarət edir və sahə rəisi kimi minimum 3 il təcrübəsi var


