Tikinti sahəsində beton tökmə və möhkəmləndirmə işlərini idarə etmək üçün 5-7 il təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Tikinti və quraşdırma işlərinin layihə, norma və qaydalara uyğun, vaxtında və keyfiyyətlə icrasına nəzarət
- Tikinti işlərində texnoloji ardıcıllığın və iş qrafiklərinin təmin edilməsi
- Görülən işlərin keyfiyyət göstəricilərinə, həcminə və müddətinə nəzarət
- İstifadə olunan material və avadanlıqların layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılması
- Aşkarlanan qüsurların aradan qaldırılmasının təşkili və gecikmələrin səbəblərinin araşdırılması
- Tikinti sahəsinin təşkili, əlavə xərclərin qarşısının alınması
- Təmir, bərpa və yenidənqurma işlərinə nəzarət
- Təslim-təhvil prosesində iştirak
- Layihə üzrə tələb olunan sənədlərin və hesabatların hazırlanması
- Tikintinin başlanması üçün sənədlərin yoxlanılması və normativlərə uyğunluğun təmin edilməsi
- Anbar təsərrüfatına və maddi sərvətlərin qorunmasına nəzarət
- Tabelikdə olan işçilərin iş bölgüsünün aparılması və əmək mühafizəsi qaydalarına nəzarət
Namizədə tələblər:
- Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
- Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi;
- Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
- Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
- Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
- Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;
- Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;
- Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;
- Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;
İş şəraiti:
- İş yeri: Lökbatan qəs.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 2500-2800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sahə rəisi üzrə bazar adətən 1 650–2 500 ₼ ödəyir, median — 1 800 ₼.
10 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə rəisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Lökbatan qəsəbəsində yerləşir.
İş həftədə 6 gün işlənir.
Əmək haqqı 2500-2800 ₼ aralığında, bilik və təcrübəyə əsasən təyin olunur.
Tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi tələb olunur.
Ali təhsil tikinti mühəndisliyi və ya uyğun sahə üzrə olmalıdır.
CV-ni mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə elektron poçt vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə rəisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində iş prosesini təşkil edir və işçi heyətini idarə edir, minimum 3 il təcrübə tələb olunur.
Tikinti prosesini təşkil edir, işlərin keyfiyyətinə və vaxtında icrasına nəzarət edir, tikinti təcrübəsi tələb olunur.
Tikinti və təmir işlərini idarə edir, texniki çertyojları oxumağı bacarır və 3 il təcrübəsi var.



