Vakansiya haqqında

SOCAR-da karyeranıza doğru ilk addım

Vakansiyanın təsviri:

Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Salyan Regional Qaz İstismarı İdarəsi

Struktur vahidi: Salyan rayonu üzrə Müayinə və istismara qəbul xidməti

Vəzifənin adı: Qaz təsərrüfatının nəzarətçisi

İş yeri: (Salyan şəhəri)

Dərəcə (ƏÖD): 05

Saatlıq əmək haqqı: 4,33 AZN

Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı: Salyan şəhəri, 20 yanvar küçəsi,

Vəzifə funksiyaları:
  • Qaz kəmərlərinin, qaz xətlərinin, qurğuların və qaz avadanlıqlarının mütəmadi texniki müayinəsini aparmaq;
  • Qaz təchizatı sistemində təhlükəli hallar, qaz sızmaları və texniki nasazlıqları aşkar etmək;
  • Havalandırma, havadəyişmə xətləri, tüstü bacaları və təhlükəsizlik elementlərinin işlək vəziyyətini yoxlamaq;
  • Standartlara uyğun olmayan və təhlükəli qaz avadanlıqlarını aşkar etdikdə müvafiq tədbirlər görmək və zərurət olduqda qaz təchizatını dayandırmaq;
  • Müayinə zamanı aşkar edilmiş nöqsanları aktlaşdırmaq və texniki xidmətin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təşkilini təmin etmək;
  • Planlı müayinələr barədə istehlakçını əvvəlcədən məlumatlandırmaq, müayinə aktlarını tərtib etmək və aidiyyəti üzrə təqdim etmək;
  • İstehlakçının müraciəti əsasında təkrar müayinələri müəyyən edilmiş müddətdə həyata keçirmək;
  • Müayinənin aparılmasına maneə yarandıqda və ya təhlükə aşkar edildikdə qanunvericiliyə uyğun qazın verilməsini dayandırmaq;
  • Qanunsuz qoşulma, sayğaca müdaxilə və icazəsiz qaz işləri aşkar etdikdə akt tərtib etmək və aidiyyəti üzrə məlumat vermək;
  • Qəza təhlükəsi zamanı qəza xidməti gələnədək zəruri təhlükəsizlik tədbirlərini həyata keçirmək;
  • Qaz təchizatı üzrə müqavilələrin bağlanmasını və müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək;
  • Qaz itkilərinin qarşısının alınmasına, istehlakçıların qaz təchizatında yaranan problemlərin həllinə və qazdan səmərəli istifadəyə nəzarət etmək;
  • Abonentləri təbii qazdan təhlükəsiz istifadə qaydaları barədə təlimatlandırmaq.
Bilməlidir:
  • Azərbaycan Respublikasının "Qaz təchizatı haqqında" Qanununu və Qazdan istifadə Qaydalarını;
  • Qaz təsərrüfatında texniki təhlükəsizlik, qaz qurğularının tikintisi, quraşdırılması, istismarı və saxlanılması üzrə normativ tələbləri;
  • Qaz qurğularında qazın atmosferə buraxılmaması, qazın təzyiqi, temperaturu, tərkibi və digər texniki göstəricilərə dair tələbləri;
  • Tüstü bacaları, qaz xətləri, havalandırma və havadəyişmə sistemlərinin müayinə və təhlükəsiz istismar qaydalarını;
  • Müayinə, texniki xidmət, monitorinq və müvafiq reyestrin aparılması qaydalarını;
  • Qaz itkilərinin növlərini, yaranma səbəblərini və aradan qaldırılması üsullarını;
  • Görülən işlərin texnoloji prosesini, avadanlıqların texniki istismar və xidmət qaydalarını;
  • İstifadə olunan alət, cihaz və inventarlarla işləmə qaydalarını;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi və istehsalat intizamı qaydalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
  • Təhsil: tam orta təhsil;
  • İş təcrübəsi: tələb edilmir.
  • Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur
Digər məlumatlar:
  • Tibbi sığorta - təmin edilir
  • İş yerinə çatdırılma - təmin edilmir
  • Son müraciət tarixi: 19 noyabr 2026-cı il

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Salyan, 20 yanvar küçəsi
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 noyabr 2026
Son tarix
23 noyabr 2026
HRX ilə müraciət
3
Baxış
211

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Tam iş vaxtı, həftədə 5 iş günü, 40 saat işləmək tələb olunur.

Salyan şəhəri, 20 yanvar küçəsi.

Saatlıq əmək haqqı 4,33 ₼, hər iş günü üçün 5 ₼ yemək xərci ödənilir.

Bəli, tibbi sığorta təmin edilir.

İş təcrübəsi tələb olunmur, tam orta təhsil kifayətdir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sahə üzrə nəzarətçi üzrə Salyanda digər açıq elanlar.

SUNPURE
Yeni başlayan · 1+ ilBakı
Maaş göstərilməyib

Robotların gündəlik yoxlanışı, təmiri və sadə nasazlıqların aradan qaldırılması işlərini yerinə yetirmək.

CleaningRecord KeepingBasic MaintenanceHand Tools+2
Müraciət et
Maaş göstərilməyib

Qaz ötürmə avadanlıqlarının təmiri üçün defektoskopiya üsullarını tətbiq etmək və texnoloji nəzarət sxemləri hazırlamaq tələb olunur

Non-destructive TestingSafety Regulations ComplianceOccupational Health and Safety
Müraciət et
Star Mining MMC
Yeni başlayan · 1+ ilKəlbəcər
Maaş göstərilməyib

Ağır texnikaların işlədilməsinə nəzarət edir və qazma prosesini müşahidə edir, dağ-mədən sahəsində təcrübə tələb olunur

Report PreparationHeavy equipment operation supervision
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Respublika Diaqnostika Mərkəzi
Yeni başlayan · 1+ ilBakı
562₼

Qazanxana sistemlərinin təhlükəsiz və fasiləsiz işləməsini təmin etmək üçün yüksək texniki bilik tələb olunur

Technical DocumentationBoiler OperationPump OperationTemperature Control+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qaz təsərrüfatının nəzarətçisi
Müraciət et