Tibbi və estetik avadanlıqların quraşdırılması və texniki xidmətini həyata keçirir, güclü texniki bilik tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- Lift, eskalator və travelator sistemlərinə planlı texniki xidmətin göstərilməsi;
- Texniki çağırışlar və servis təmirlərinin müəyyən edilmiş qrafikə, çağırışa cavab müddətinə və keyfiyyət standartlarına uyğun yerinə yetirilməsi;
- Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Liftlərin və digər qaldırıcı qurğuların mexaniki, elektrik və elektron komponentlərinin yoxlanılması və təmiri, nasaz ehtiyat hissələrinin dəyişdirilməsi;
- İşlərin texniki xidmət təlimatlarına və təhlükəsizlik qaydalarına tam uyğun aparılması, iş zamanı istifadəçilərin və obyektin təhlükəsizliyinin təmin edilməsi;
- Görülmüş servis işlərinin və çağırışların ERP proqramında qeydə alınması və icra vəziyyətinin yenilənməsi;
- Servis aktlarının, qüsur aktlarının və görülmüş işlər barədə aktların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Aşkar edilmiş nasazlıqlar, əlavə təmir ehtiyacları və texniki risklər barədə rəhbərliyə məlumat verilməsi;
- Növbətçilik xidmətinin, o cümlədən ay ərzində bir neçə dəfə gecə növbətçiliyinin yerinə yetirilməsi və bu müddətdə daxil olan çağırışlar üzrə obyektlərə gedərək zəruri işlərin görülməsi;
- Servis alətlərinin, ölçü cihazlarının və xidməti avtomobilin təhlükəsiz, saz və qaydasında saxlanılması;
- Müştərilər və komanda üzvləri ilə düzgün kommunikasiya və koordinasiyanın təmin edilməsi
Tələblər
- Elektrik və mexaniki sistemlərin iş prinsipləri haqqında biliklər;
- Texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
- Texniki sxemləri və avadanlıq sənədlərini oxumaq bacarığı;
- Əl alətlərindən və ölçü cihazlarından düzgün istifadə bacarığı;
- Təhlükəsizlik qaydalarına və iş prosedurlarına ciddi riayət etmək;
- Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- B və C kateqoriyalı sürücülük vəsiqəsi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
2005-ci ildə Azərbaycanda əsası qoyulan “İKMA” şirkəti şaquli nəqliyyat vasitələri – lift və eskalatorların təchizatı, quraşdırılması və bu avadanlıqlara texniki xidmətin göstərilməsi ilə məşğuldur.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Növbətçilik xidməti və ay ərzində bir neçə dəfə gecə növbətçiliyi tələb olunur.
B və C kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
Elektrik və mexaniki sistemlərin iş prinsipləri, texniki nasazlıqları aradan qaldırmaq bacarığı tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə xidmətləri üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Avadanlıqların profilaktik və təmir işlərini yerinə yetirmək üçün texniki bilik və 2 il təcrübə tələb olunur
Sənaye avadanlıqlarının elektrik, avtomatlaşdırma və elektromexaniki texniki xidmətini göstərir, 5 il təcrübə tələb olunur.
Su təmizləmə qurğularının quraşdırılması və servis xidmətini həyata keçirmək üçün texniki bacarıqları tələb edir




