Sənədlərin qeydiyyatı, yoxlanılması və hüquqi təminatını həyata keçirmək üçün yüksək səviyyədə MS Office bilikləri tələb olunur
Vakansiya haqqında
Qarabağ Universitetindən vakansiya: Sənədlərlə iş sektorunun mütəxəssisi tələb olunur
Vəzifə öhdəlikləri:
- Elektron sənəd dövriyyəsi (ESD) sistemində daxil olan, daxili və xaric olan sənədlərin, o cümlədən kağız daşıyıcıda daxil olan müraciətlərin qeydiyyatını, təsnifatını və aidiyyəti üzrə yönləndirilməsini təmin etmək;
- Universitetin rəsmi elektron poçt ünvanına daxil olan yazışmaları izləmək, aidiyyəti sənədləri ESD sistemində qeydiyyata almaq;
- Rəsmi məktubların, arayışların və daxili sənəd layihələrinin kargüzarlıq tələblərinə uyğunluğunu yoxlamaq, razılaşdırma və imzalanma prosesini izləmək;
- Xaric olan məktubları, cavabları və daxili əmrləri qeydiyyata almaq, müvafiq qaydada ünvanlara və aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etmək;
- Daxili və xarici sənədlərin, o cümlədən xüsusi nəzarətdə olan tapşırıqların icra müddətlərini izləmək, cavabdeh bölmələrə xatırlatmalar göndərmək və icra intizamı üzrə dövri hesabatlar hazırlamaq;
- Sənədlərin icra statusunu təsdiqlənmiş icra məlumatları və müəyyən edilmiş prosedurlar əsasında yeniləmək, tamamlanmış işlərin bağlanmasını təmin etmək;
- Tamamlanmış sənədlərin sistemləşdirilməsini, elektron və kağız arxivdə saxlanılmasını, habelə sənəd məlumatlarının məxfiliyini təmin etmək;
- Sənədlərin arxivə hazırlanması və arxivləşdirilməsi.
İş şəraiti:
– İş yeri: Xankəndi
Xankəndi şəhərində mənzil təminatı
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sənəd nəzarətçisi üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 800 ₼.
17 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sənəd nəzarətçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xankəndi şəhərindədir.
Sənədlərlə iş sahəsində ən azı 1 il təcrübə arzuolunandır.
Müsahibə əsasında bilik və bacarıqlara uyğun əmək haqqı təyin olunur, rəsmi qeydiyyat var.
Microsoft Word, Excel, Outlook və elektron sənəd dövriyyəsi sistemlərindən istifadə bacarığı tələb olunur.
Ali təhsil (hüquq, idarəetmə, dövlət və bələdiyyə idarəetməsi və ya humanitar sahələr üstünlükdür).
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSənəd nəzarətçisi üzrə Xankəndidə digər açıq elanlar.
Layihələr üzrə texniki və inzibati sənədlərin idarə olunmasını və qeydiyyatını aparır.
Sənədlərin idarə olunması və müştərilərlə yazışmalar üçün sənədlərin hazırlanması bacarığı tələb olunur.
Daxil olan və çıxan sənədləri idarə edir, sənəd nəzarəti üzrə minimum 1 il təcrübəsi tələb olunur.



