Layihə-smeta sənədlərini yoxlayır, tikinti normalarını bilir və 3-5 il təcrübəsi var.
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
- Layihələr üzrə iş həcmlərinin hesablanması və müəyyənləşdirilməsində iştirak etmək;
- Layihə çertyojları, texniki spesifikasiyalar və layihə sənədlərini təhlil etmək;
- BOQ (Bill of Quantities) sənədlərinin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
- Tikinti və quraşdırma işləri üzrə material və iş həcmlərinin hesablanmasını həyata keçirmək;
- Müqavilə və layihə sənədlərinə uyğun olaraq faktiki yerinə yetirilmiş iş həcmlərini yoxlamaq;
- Material və digər layihə xərclərinin hesablanmasında iştirak etmək;
- Büdcə və smeta sənədlərinin hazırlanmasına dəstək göstərmək;
- Layihə üzrə əlavə və dəyişikliklərin (Variation Orders) qiymətləndirilməsində iştirak etmək;
- Görülmüş işlərin həcmləri üzrə hesabatların hazırlanmasını təmin etmək;
- Layihə, satınalma və müqavilə komandaları ilə koordinasiyalı işləmək.
Namizədə dair tələblər:
- İnşaat mühəndisliyi, tikinti, mexanika və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Müvafiq sahədə 0–2 il iş təcrübəsi;
- Tikinti çertyojlarını oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
- MS Excel proqramı üzrə yaxşı biliklər;
- BOQ, iş həcmlərinin hesablanması və smeta tərtibi üzrə ilkin biliklər;
- AutoCAD proqramı üzrə biliklər arzuolunandır;
- Dəqiqlik, analitik düşünmə və hesablama bacarığı;
- Komandada işləmək və məsuliyyətlilik;
- İngilis dili biliyi vacibdir;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
PMIS şirkəti 2018-ci ildən fəaliyyət göstərir. Şirkət ölkəmizdə neft-qaz, kimya sənayesi, mülki tikinti və bu kimi genişmiqyaslı layihələrin gedişatını yaxından izləmək üçün yerli və xarici şirkətlərdə çalışıb,illərin təcrübəsini qazanmış…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
0–2 il iş təcrübəsi tələb olunur.
Bəli, ingilis dili biliyi vacibdir.
Namizədlər CV-lərini qeyd olunan formu dolduraraq göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSmeta mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələri üzrə smeta sənədlərini hazırlayır və xərcləri hesablamaq bacarığı tələb olunur.
Layihələrin və iş həcmlərinin qiymətləndirilməsini və texniki sənədlərin analizini aparmaq.
Lift və eskalatorların texniki çertyojlarını hazırlamaq və sənədləşməni idarə etmək tələb olunur

