Layihələr üzrə iş həcmlərinin hesablanması və smeta tərtibi üçün inşaat mühəndisliyi təhsili tələb olunur
Vakansiya haqqında
Öhdəliklər:
Layihələrin və iş həcmlərinin yoxlanılması, aşkar edilmiş uyğunsuzluqları və çatışmazlıqları Sifarişçi (və / və ya layihəçi) tərəfə yazılı şəkildə bildirmək;
Layihələrin gələcəkdə icrası zamanı işlərin mövcud tikinti norma və qaydalarına, şərtnamələrə, tikintinin təşkilinə və mövcud naturaya əsasən icra edilmə mümkünlüyünün yoxlanılması;
İş həcmləri olmadığı zaman layihə, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında iş həcmləri cədvəlinin tərtib edilməsi;
İcra edilmiş, lakin iş həcmləri olmayan işlərin qiymətləndirilməsi məqsədi ilə naturaya əsasən ölçmə işlərinin aparılması;
İşin icrası zamanı Sifarişçi və ya forsmajor hallardan dolayı müqavilədən kənarlaşmaların, Sifarişçinin tələbi üzrə layihə və smeta sənədlərində yaranan əlavə işlərin həcminin ölçülməsi, qiymətləndirilməsi;
Layihə, smeta, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında ilkin material siyahısının çıxarılaraq qiymət təklifi alınması məqsədi ilə təchizat şöbəsinə təqdim edilməsi;
İş həcmlərinin qiymətləndirilməsi üçün ilkin olaraq geoloji hesabatların, layihə yerinin (işin icrasında yarada biləcək çətinliklərin öyrənilməsi məqsədi ilə), müqavilə, spesifikasiya və digər texniki sənədlərin araşdırılması;
Subpodrat təşkilatlardan təkliflərin alınması, təqdim edilmiş ehtimal olunan qiymətlərin yoxlanılması, müqayisəsi və təhlili;
İş həcmlərinin cari qiymətlər əsasında qiymətləndirilməsi;
Ehtiyac olduğu təqdirdə konkret işlərin qiymət formalaşmasının analizinin aparılması.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Layihələrin və iş həcmlərinin qiymətləndirilməsi, texniki sənədlərin yoxlanılması və təhlili əsas vəzifələrdəndir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSmeta mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələri üzrə smeta sənədlərini hazırlayır və xərcləri hesablamaq bacarığı tələb olunur.
Layihə-smeta sənədlərini yoxlayır, tikinti normalarını bilir və 3-5 il təcrübəsi var.
Layihə üzrə miqdar ölçmə və maliyyət idarəetməsini aparmaq üçün 8 ildən çox təcrübə tələb olunur


