Fit-out layihələrini idarə edir, komanda rəhbərliyi və büdcə idarəçiliyi bacarığı tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı, Aypara Layihəsi
- 6 günlük iş həftəsi, bazar ertəsi-şənbə günü: saat 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: Razılaşma yolu ilə
İş barədə məlumat
- Layihə çərçivəsində işlərinin ümumi idarə edilməsini və icrasına nəzarəti həyata keçirmək;
- Layihənin sifarişçi ilə gündəlik mütəmadi koordinasiyası
- Təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə və texniki tələblərə uyğun olaraq işlərin planlaşdırılmasını və təşkilini təmin etmək;
- İş planlarının, icra qrafiklərinin və prioritetlərin müəyyən edilməsini təşkil etmək;
- Tabeliyində olan əməkdaşların, sahə mühəndislərinin, briqadaların, istehsalat komandasının və podratçı təşkilatların fəaliyyətini idarə etmək və koordinasiya etmək;
- Layihə üzrə müəyyən edilmiş müddət, büdcə və keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək;
- Görülən işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara və müvafiq tikinti standartlarına uyğunluğunu təmin etmək;
- İşlərin icrası zamanı yaranan texniki və təşkilati problemləri qiymətləndirmək, operativ qərarlar qəbul etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Material, texnika, əmək resursları və digər zəruri resursların səmərəli planlaşdırılmasını və istifadəsini təşkil etmək;
- Material sifarişlərinin, sərfiyyatın və görülən iş həcmlərinin nəzarətdə saxlanılmasını təmin etmək;
- Layihə üzrə texniki sənədlərin, görülmüş işlərin aktlarının, hesabatların və digər icra sənədlərinin hazırlanmasını və yoxlanılmasını təşkil etmək;
- Layihə dəyişikliklərinin qiymətləndirilməsində, razılaşdırılmasında və icrasının təşkilində iştirak etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
Tələblər
- İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Tikinti və təmir-tamamlama sahəsində minimum 5-7 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə ən azı 2-3 il idarəetmə və ya rəhbər vəzifədə iş təcrübəsi;
- Tikinti layihələrinin idarə edilməsi, planlaşdırılması və icrasına nəzarət sahəsində praktiki təcrübə;
- Layihə sənədlərini, işçi çertyojları, texniki spesifikasiyaları və smeta sənədlərini oxuma və təhlil etmə bacarığı;
- İş qrafiklərinin hazırlanması, resursların planlaşdırılması və iş həcmlərinin idarə edilməsi bacarığı;
- Podratçıların, texniki heyətin və işçi qruplarının idarə edilməsi və koordinasiyası təcrübəsi;
- Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və əməyin mühafizəsi üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı, AutoCAD və MS Project bilikləri üstünlükdür;
- Liderlik, təşkilatçılıq, analitik düşünmə və effektiv kommunikasiya bacarıqları;
- Operativ qərarvermə, problem həll etmə və komandanı idarəetmə bacarığı;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
- Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (professional)
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (Layihə Rəhbəri) emaildə MÖVZU (SUBJECT) bölməsində göstərin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Tikinti layihə meneceri üzrə bazar adətən 2 000–3 500 ₼ ödəyir, median — 3 250 ₼.
4 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tikinti layihə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Demiragac Engineering şirkəti qida və kənd təsərrüfatı, mədən, inşaat, logistika və digər sənaye sahələri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı konveyerlərin, əsas və köməkçi istehsalat avadanlıqlarının, eləcə də bunker və digər…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Aypara Layihəsi ərazisindədir.
İş həftəsi 6 gündür, bazar ertəsindən şənbəyə saat 09:00-dan 18:00-dəkdir.
Bəli, nahar şirkət tərəfindən təmin olunur.
Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
Tikinti və təmir-tamamlama sahəsində minimum 5-7 il iş təcrübəsi tələb olunur.
CV-ni email vasitəsilə göndərin və mövzu hissəsində vəzifənin adını (Layihə Rəhbəri) qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTikinti layihə meneceri üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrini idarə edir, infrastruktur və suvarma sistemləri üzrə təcrübəsi olmalıdır.
Tikinti mühəndisi olaraq oteldə təmir işlərinə rəhbərlik etmək və podratçıları əlaqələndirmək tələb olunur
Tikinti sahəsində işlərin keyfiyyətli icrasına nəzarət edir və komanda rəhbərliyi bacarığı tələb olunur




