Tikinti layihələrini idarə edir, infrastruktur və suvarma sistemləri üzrə 10 ildən çox təcrübə tələb olunur
Vakansiya haqqında
Yer: Bakı
Məşğulluq növü: Tam ştat
WEBUILD şirkəti komandamıza qoşulmaq, yaşayış, kommersiya və digər müxtəlif layihələrin icrasına rəhbərlik etmək üçün təcrübəli Fit-out Manager axtarır.
İdeal namizəd fit-out layihələrini planlaşdırmağı, komandanı idarə etməyi, layihənin keyfiyyətini, büdcəsini və icra qrafikini qoruyub saxlamağı bacarmalıdır.
Vəzifə öhdəlikləri
- Fit-out layihələrinin planlaşdırılması, icrası və təhvili
- Layihə büdcəsi, qrafiki və keyfiyyətinə nəzarət
- Memarlıq və dizayn cizgilərinin (Shop Drawings) yoxlanması və sahədə düzgün tətbiqinin təşkili
- İnteryer işləri ilə MEP (mexanika, elektrik, santexnika) sistemlərinin kəsişmələrinin koordinasiyası
- İş həcmlərinin (metraj/BOQ), material smetası və xərc proqnozlarının yoxlanması
- Podratçılar, təchizatçılar, mühəndislər və alt komandalarla əlaqələndirmə
- Müştəri və konsultantlarla görüşlərin keçirilməsi
- İş təhlükəsizliyi (HSE) və normativ qaydalara riayət olunmasına nəzarət
- Layihə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Əsas tələblər
- Tikinti, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
- Fit-out (təmir-tamamlama) və interyer layihələrinin icrası üzrə ən azı 5 illik təcrübə (ən azı 2 il rəhbər vəzifədə)
- Memarlıq və dizayn cizgilərini dərindən oxumaq və təhlil etmək bacarığı
- MEP sistemləri ilə interyer işlərinin koordinasiyası təcrübəsi
- Büdcə, smeta və kəmiyyət hesablamaları (BOQ) üzrə bilik
- Layihə idarəetməsi biliyi (MS Project / Primavera üstünlükdür)
- AutoCAD (və ya Revit) proqramında işləmək bacarığı
- Güclü liderlik və komanda idarəetmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (yaxşı), rus dili (arzuolunandır)
Qeyd: İcra prosesində dəqiqlik və texniki detallara diqqət çox vacibdir. İdeal namizəd dizayn konseptini sahədə düzgün tətbiq etməyi, podratçılarla texniki detalları dəqiqləşdirməyi və prosesdə yarana biləcək mühəndislik problemlərini operativ şəkildə həll etməyi bacarmalıdır.
Zəhmət olmasa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində vəzifənin adını yazın. İştirak etdiyiniz layihələrin siyahısı və ya portfolionuz varsa, əlavə etməyiniz arzuolunandır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Tikinti layihə meneceri üzrə bazar adətən 2 000–3 500 ₼ ödəyir, median — 3 250 ₼.
4 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tikinti layihə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 5 il iş təcrübəsi tələb olunur, ən azı 2 il rəhbər vəzifədə.
AutoCAD və ya Revit proqramlarında işləmək bacarığı tələb olunur, MS Project və ya Primavera üstünlükdür.
CV-ni elektron poçt vasitəsilə göndərin, mövzu hissəsində vəzifənin adını yazın. Layihə siyahısı və ya portfolio əlavə etmək arzuolunandır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTikinti layihə meneceri üzrə Bakıda digər açıq elanlar.
HBI layihəsinin tikintisini idarə edir, 16 ildən çox tikinti və layihə təcrübəsi tələb olunur.
Saytda memarlıq işlərini idarə etmək və AutoCAD, Revit biliklərinə malik olmaq tələb olunur
Tikinti sahəsində işlərin keyfiyyətli icrasına nəzarət edir və komanda rəhbərliyi bacarığı tələb olunur




