Tikinti layihələrini idarə edir, təhlükəsizlik və layihə icrasını təmin etmək üçün mühəndislik bilikləri tələb olunur
Vakansiya haqqında
Təsvir
- Sahədə icra olunan bütün tikinti və montaj işlərinin layihə sənədlərinə, texniki şərtlərə və normativlərə uyğunluğunu təmin etmək
- Tikinti işlərinin keyfiyyətinə nəzarət etmək və aşkar edilən uyğunsuzluqları dərhal aradan qaldırmaq üçün tədbirlər görmək;
- Tikinti və montaj işlərinin layihə həllərinə və texniki şərtlərə uyğun icrasına nəzarət etmək, texniki risklərin qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Dövlət standartlarının, tikinti normalarının və texniki qaydaların tətbiqinə nəzarət etmək, layihə-smeta sənədlərinin düzgünlüyünü və aktuallığını yoxlamaq;
- İcra olunan işlərin gündəlik, həftəlik və aylıq hesabatlarını hazırlamaq;
- İnşaat prosesində istifadə olunan konstruksiya elementlərinin və texnologiyaların keyfiyyətinə nəzarət etmək;
- Podratçı və subpodratçı təşkilatlarla işlərin koordinasiyasını aparmaq, texniki məsələlərin həllini təmin etmək;
- Layihələrdə müasir texnologiyaların və materialların istifadəsini təşviq etmək, texniki proseslərin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- İşlərin icrasında digər struktur bölmələri (mexanika, elektrik, memarlıq və s.) ilə koordinasiyanı təmin etmək;
- Texniki risklərin qarşısının alınması üçün preventiv tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
- Tikinti prosesində qarşıya çıxan problemlərin operativ və effektiv həllini təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Dil bilikləri: Rus dili, İngilis dili;
- Yüksək kommunikasiya bacarığı, komanda yönümlü çalışma, məlumatların idarə edilməsi;
- Proqram bilikləri; Autocad, Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı, LİRA, SAP2000, ETABS, TEKLA üzrə biliklərin olması arzu olunandır.
- Tikinti-quraşdırma işlərinin aparılmasında qüvvədə olan dövlət normativləri (AzDTN, SNİP, EN, ISO və s.), texniki qaydalar və beynəlxalq standartlar üzrə geniş biliklər;
- Layihə və işçi cizgilərin oxunması, analiz edilməsi və uyğunluğunun qiymətləndirilməsi bacarığı;
- Tikinti prosesinə aid aktlar, protokollar, hesabatlar və texniki sənədlərin hazırlanması üzrə praktiki bacarıqlar;
- İnşaat materiallarının texniki göstəriciləri, dayanıqlığı və uyğunluğunu qiymətləndirmək bacarığı;
- Müasir tikinti texnologiyaları və texniki proseslər haqqında praktik bilik;
- Layihə-smeta sənədlərinin oxunması və texniki uyğunluğunun yoxlanılması üzrə bacarıq;
- Konstruktiv iş həcmlərinin hesablanması, material sərfiyyatı və texniki spesifikasiyaların hazırlanması üzrə biliklər;
- Tikinti-quraşdırma işlərinin planlaşdırılması, icrası və koordinasiyasına nəzarət etmə bacarığı;
- Texniki risklərin analizi və keyfiyyətə nəzarət metodologiyaları üzrə bilik;
- Tikinti layihələrinin texniki ekspertiza və təhvil-təslim prosedurlarına dair məlumatlılıq;
- Mühəndislik problemlərinin analizi, texniki optimallaşdırma və operativ qərarvermə bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Autocad və Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı tələb olunur, LIRA, SAP2000, ETABS, TEKLA bilikləri arzu olunandır.
Rus və İngilis dillərini bilməlidir.
Müvafiq sahə üzrə ali təhsil tələb olunur.
Tikinti-quraşdırma işlərinin keyfiyyətinə nəzarət, layihə sənədlərinin yoxlanılması və texniki risklərin idarə olunması bacarıqları tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTikinti nəzarət mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti mühəndisi olaraq oteldə təmir işlərinə rəhbərlik etmək və podratçıları əlaqələndirmək tələb olunur
Tikinti layihələrinin idarə edilməsini və icrasına nəzarət etmək üçün 5-7 il təcrübə tələb olunur
Yaşayış və kommersiya obyektlərinin memarlıq layihələrini hazırlamaq üçün 3-5 il təcrübə tələb olunur




