Bakıda AI agentləri və LLM tətbiqləri hazırlayan, Python bilikləri olan senior mühəndis axtarılır.
AI/ML mühəndisi
Vakansiya haqqında
Təsvir
- Klassik ML (təsnifat, reqressiya, anomaliya, zaman sıraları) və Deep Learning modelləri qurmaq, baseline ilə müqayisədə qiymətləndirmək.
- LLM əsaslı həllər qurmaq: prompting, RAG, structured output, tool calling, agentic workflow-lar; lazım olduqda fine-tuning (LoRA/QLoRA).
- ML sistemlərinin end-to-end arxitekturasını (batch və real-time inference, miqyaslanma) layihələndirmək; modelləri API/servis şəklində hazırlayıb bank sistemlərinə inteqrasiya etmək.
- Həlləri on-premise / private cloud mühitə çıxarmaq; CI/CD, model registry, drift və keyfiyyət monitorinqi qurmaq; modelləri yeniləmək və istismarını dəstəkləmək.
- Model qərarlarının izah oluna bilməsini (explainability) və ədalətliliyini (bias) yoxlamaq; həlləri sənədləşdirmək (model kartı, audit izi) və Risk/Compliance ilə requlyativ uyğunluğu təmin etmək.
Tələblər
- ML/AI və ya Data Science sahəsində ən azı 2 il praktiki təcrübə; ML və ya GenAI həllini end-to-end production-a çatdırmaq təcrübəsi (yalnız PoC deyil).
- Süni intellekt, kompüter elmləri, riyaziyyat, statistika və ya oxşar sahədə ali təhsil, yaxud ekvivalent təcrübə.
- Klassik ML: supervised (logistik reqressiya, qərar ağacları, gradient boosting - XGBoost/LightGBM/CatBoost) və unsupervised (klasterləşdirmə, PCA, anomaliya) metodlar; feature engineering, cross-validation, hiperparametr optimallaşdırması, biznesə uyğun metrik və threshold seçimi; A/B testləri və statistika əsasları.
- Deep Learning: PyTorch ilə model qurma və təlim; MLP, CNN, RNN/LSTM, Transformer arxitekturaları; klassik ML və DL arasında əsaslandırılmış seçim, inference optimallaşdırması.
- GenAI/LLM: prompting, embeddings, RAG, Vector DB və hybrid search, reranking; structured output, tool calling və agent çərçivələri; PEFT fine-tuning (LoRA/QLoRA); LLM nəticələrinin qiymətləndirilməsi və təhlükəsizliyi.
- ML System Design və MLOps: batch/real-time inference, mikroservis və event-driven arxitektura, API dizaynı, model versiyalaşdırılması; latency-dəqiqlik-xərc kompromisləri; MLflow (və ya oxşar), eksperiment izləmə, drift monitorinqi, CI/CD.
- Mühəndislik: yüksək keyfiyyətli Python, böyük həcmli məlumatla SQL; Git, REST API (FastAPI), Docker, unit/integration testlər.
- Məxfi və tənzimlənən məlumatla izolyasiya olunmuş / on-premise mühitdə işləmə prinsiplərini anlamaq.
- Texniki mövzuları qeyri-texniki auditoriyaya aydın izah etmək bacarığı.
Üstünlüklər
- Bank və maliyyə domeni: fraud, tranzaksiya təsnifatı, churn, sənəd emalı (OCR + LLM).
- Lokal LLM serving (vLLM, Ollama, llama.cpp) və GPU optimallaşdırması.
- Data mühəndisliyi: Spark, Airflow, Kafka; Oracle / MS SQL; core banking inteqrasiyası; feature store.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. AI mühəndisi üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
15 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
AI mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Ən azı 2 il praktiki təcrübə tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAI mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Süni intellekt mühəndisi dərin öyrənmə və kompüter görməsi üzrə güclü bilik tələb edir.
Süni intellekt agentlərinin hazırlanması və inkişafı üçün Python və LLM bilikləri tələb olunur.
Səsli botlar və danışıq analitikası üzrə AI mühəndisliyi edir, Python bilik tələb olunur.




