Süni intellekt üzrə qiymətləndirmə mühəndisi

ABB

Vakansiya haqqında

Görəcəyiniz işlər:

  • Süni intellekt əsaslı məhsul və funksiyalar üçün qiymətləndirmə strategiyalarını hazırlamaq və icra etmək;
  • Biznes tələblərini, istifadəçi ssenarilərini və dialoq axınlarını ölçülə bilən test ssenarilərinə çevirmək;
  • Qiymətləndirmə dataset-lərini, benchmark-ları, reqressiya test paketlərini və təkrar istifadə oluna bilən test aktivlərini hazırlamaq, saxlamaq və təkmilləşdirmək;
  • Süni intellekt tətbiqləri üzrə funksional, konversasiya, exploratory, API və reqressiya testlərini icra etmək;
  • Əsas istifadəçi ssenariləri, kənar hallar (edge case), çoxdilli istifadə, qeyri-müəyyən sorğular və adversarial ssenarilər üzrə test əhatəsini təmin etmək;
  • Süni intellekt funksiyaları üçün qiymətləndirmə meyarlarını, keyfiyyət metrikalarını, qiymətləndirmə şkalalarını (scoring rubric), qəbul və reqressiya kriteriyalarını hazırlamaq;
  • Deterministik yoxlamaları, qiymətləndirmə mexanizmlərini və avtomatlaşdırılmış qiymətləndirmə proseslərini hazırlamaq;
  • Prompt, model, məlumatların axtarışı (retrieval) və kontekst dəyişikliklərindən sonra qiymətləndirmə və reqressiya testlərini aparmaq;
  • Production mühitində aşkarlanan problemləri və süni intellekt xətalarını təhlil edərək yeni reqressiya test ssenariləri hazırlamaq;
  • Süni intellekt üzrə keyfiyyət göstəricilərini monitorinq etmək, reqressiyaları müəyyənləşdirmək və müvafiq hesabatlar hazırlamaq;
  • Applied AI Engineer, QA Engineer, Product Owner və Context Engineer komandaları ilə əməkdaşlıq edərək problemləri araşdırmaq və süni intellekt əsaslı məhsulların davamlı təkmilləşdirilməsində iştirak etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Software QA, Test Automation, Quality Engineering və ya əlaqəli texniki sahələr üzrə minimum 3 il iş təcrübəsinə;
  • Software Quality Assurance prinsipləri, test dizaynı və test strategiyalarının hazırlanması üzrə bilik və təcrübəyə;
  • Manual və ya avtomatlaşdırılmış testlərin, o cümlədən funksional, exploratory, reqressiya və API testlərinin icrası üzrə təcrübəyə;
  • REST API və inteqrasiya olunmuş sistemlərin test edilməsi üzrə bilik və təcrübəyə;
  • SQL üzrə biliklərə;
  • Python və ya digər skript dillərindən biri üzrə baza biliklərinə;
  • Biznes tələblərini ölçülə bilən test ssenarilərinə və qiymətləndirmə meyarlarına çevirmək bacarığına;
  • Hallüsinasiyalar, alətlərin yanlış istifadəsi, kontekst problemləri və təhlükəli süni intellekt cavabları kimi AI sistemlərinə xas xəta ssenariləri barədə anlayışa;
  • Güclü analitik düşüncə, problem həll etmə və detallara diqqət bacarıqlarına;
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarığına;
  • Agile metodologiyası üzrə iş təcrübəsinə;
  • Süni intellekt texnologiyalarına yüksək marağa və AI Evaluation sahəsində inkişaf etmək istəyinə sahib olan şəxsdir.

Üstünlükdür:

  • Testlərin avtomatlaşdırılması üzrə təcrübə;
  • Large Language Models (LLM) və Generative AI texnologiyaları üzrə baza bilikləri;
  • Prompt Engineering və Retrieval-Augmented Generation (RAG) üzrə baza bilikləri;
  • AI Agent və Tool Calling sistemləri ilə tanışlıq;
  • Git və CI/CD üzrə baza bilikləri;
  • Keyfiyyət metrikaları, dashboard-lar və hesabatlarla işləmək təcrübəsi;
  • Statistik analiz və eksperiment nəticələrinin interpretasiyası üzrə baza bilikləri;
  • DeepEval, Promptfoo, RAGAS və ya oxşar AI Evaluation framework-ləri ilə iş təcrübəsi;
  • Conversational AI və AI Agent sistemlərinin test edilməsi üzrə təcrübə;
  • Model-based grader, avtomatlaşdırılmış qiymətləndirmə prosesləri və AI observability alətləri ilə iş təcrübəsi;
  • AI Safety, Robustness, Adversarial Testing və Machine Learning üzrə baza bilikləri.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Baku Ekonomic Zone
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 oktyabr 2026
Baxış
97

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. AI mühəndisi üzrə bazar adətən 1 000–2 200 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

17 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

AI mühəndisi kimi öz maaşını yoxla

Şirkət haqqında

ABB
Banking · 1001-5000 · Baku
ABB — bütün vakansiyalar

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş Baku Ekonomic Zone ərazisində yerləşir.

Minimum 3 il Software QA və əlaqəli sahələrdə iş təcrübəsi tələb olunur.

Funksional, exploratory, reqressiya və API testləri icra olunur.

Python və ya digər skript dillərində baza bilikləri tələb olunur.

Agile metodologiyası üzrə iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

AI mühəndisi üzrə Bakıda digər açıq elanlar.

Bank Respublika ASC
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Klassik ML və Deep Learning modelləri qurur, bank sistemlərinə inteqrasiya edir, ən azı 2 il təcrübəsi var.

Machine LearningDeep LearningPrompt EngineeringCI/CD+34
Müraciət et
Div Academy MMC
MiddleBakı
Maaş göstərilməyib

Süni intellekt və Machine Learning mövzularını tədris edir, Python bilikləri tələb olunur.

Machine LearningGenerative AIPresentationAI Engineering+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Süni intellekt üzrə qiymətləndirmə mühəndisi
Müraciət et