Məlumat mühəndisliyi üzrə aparıcı mütəxəssis

Datalead MMC

Vakansiya haqqında

Vəzifə haqqında

DataLead olaraq müxtəlif müəssisələr üçün Data Lakehouse, Data Warehouse, Data Integration və Analytics platformaları qururuq. Mövcud layihələrimizin texniki istiqamətini idarə edəcək, yeni həllərin arxitekturasında iştirak edəcək və Data Engineering komandasının inkişafına töhfə verəcək Lead Data Engineer axtarırıq.

Bu rol həm güclü hands-on texniki təcrübə, həm də layihə və komanda səviyyəsində ownership tələb edir. Namizəd yalnız texniki həll hazırlayan mühəndis deyil, eyni zamanda layihənin texniki istiqamətini müəyyən edən əsas şəxslərdən biri olacaq.

Əsas məsuliyyətlər

  • Mövcud Data Lakehouse və Data Warehouse layihələrinin texniki istiqamətinin idarə edilməsi;
  • Yeni data platformalarının arxitekturasının hazırlanması və uyğun texnologiya seçimlərinin edilməsi;
  • Müştəri ehtiyaclarının texniki tələblərə və icra planına çevrilməsi;
  • ETL/ELT, batch, streaming və CDC əsaslı data pipeline-ların dizaynı və inkişafına rəhbərlik;
  • Müxtəlif məlumat mənbələrinin vahid analitik platformalara inteqrasiyasının təşkili;
  • Legacy sistemlərdən müasir data platformalarına keçid və migration layihələrinin texniki planlaşdırılması;
  • Data modeling, data quality, metadata və lineage yanaşmalarının layihələrdə tətbiqi;
  • Data platformalarının performans, etibarlılıq və miqyaslana bilmə baxımından optimallaşdırılması;
  • Data pipeline-ların monitorinqi, troubleshooting və production problemlərinin həllində texniki liderlik;
  • Komanda tərəfindən hazırlanmış həllərin, kodların və data flow-ların review edilməsi;
  • Texniki standartların, reusable yanaşmaların və Data Engineering best practice-lərin formalaşdırılması;
  • Data Engineer-lərə gündəlik texniki dəstək və mentorluq verilməsi;
  • Layihələr üzrə workload, prioritet və texniki risklərin idarə edilməsində iştirak;
  • Müştərilərlə texniki workshop və görüşlərdə iştirak;
  • Təklif olunan həllərin arxitektura və texniki baxımdan təqdim edilməsi;
  • Yeni layihələr üçün solution design, estimation və technical proposal hazırlanmasına töhfə verilməsi;
  • Yeni Data Engineer namizədlərinin texniki qiymətləndirilməsində iştirak;
  • Yeni texnologiyaların qiymətləndirilməsi və uyğun olduqda layihələrdə tətbiqi.

Texnologiyalar

Apache Spark, Spark SQL, PySpark, Python, SQL, Apache Iceberg, Parquet, MinIO, S3-compatible Object Storage, Apache Kafka, CDC, Apache Airflow, dbt, Oracle, PostgreSQL, Microsoft SQL Server, MySQL, Kubernetes, Docker, Linux, Git, CI/CD, OpenMetadata, REST API, Power BI, Apache Superset.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, AGA Business Center, 55 Khojali Avenue
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 oktyabr 2026
Son tarix
30 oktyabr 2026
Baxış
13

Şirkət haqqında

Datalead MMC
IT Services and IT Consulting · Baku
Datalead MMC — bütün vakansiyalar

Haqqında: DataLead məlumat və süni intellekt sahəsində ixtisaslaşmış konsaltinq şirkətidir və məlumat bazalarının idarə edilməsi, BI həlləri, data warehouse və lakehouse platformalarının qurulması üzrə xidmətlər göstərir.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində yerləşir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Apache Spark, PySpark, Python, SQL, Apache Kafka, Kubernetes, Docker və s. texnologiyalar istifadə olunur.

Data platformalarının texniki istiqamətinin idarə edilməsi, yeni arxitekturaların hazırlanması və komanda rəhbərliyi əsas məsuliyyətlərdəndir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki rəhbər üzrə Bakıda digər açıq elanlar.

Xsolla
Lead · 5+ ilBakı
Maaş göstərilməyib

Texniki rəhbər HTML əsaslı monetizasiya inteqrasiya axınlarını idarə edir və proqramlaşdırma bacarığı tələb olunur.

HTMLCSSJavaScriptReact+10
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Məlumat mühəndisliyi üzrə aparıcı mütəxəssis
Müraciət et