Vakansiya haqqında

AEM Elektron komandasına Account Manager vəzifəsinə peşəkar axtarırıq.

Əgər İT məhsullarının satışı, müştəri münasibətlərinin idarə edilməsi və yeni biznes imkanlarının inkişaf etdirilməsi sahəsində təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifə və öhdəliklər

  • Mövcud korporativ müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi;
  • Yeni müştərilərin və satış imkanlarının müəyyən edilməsi;
  • Müştərilərdən daxil olan sorğuların qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
  • Sales Operations komandası tərəfindən hazırlanmış kommersiya və texniki təkliflərin müştəriyə təqdim edilməsi;
  • Hazırlanmış təkliflərin müştəri ehtiyaclarına uyğun şəkildə izah edilməsi;
  • Müştəri ilə qiymət, kommersiya şərtləri və digər satış şərtləri üzrə danışıqların aparılması;
  • Təkliflərin statusunun sistemli şəkildə izlənilməsi və satışa çevrilməsi;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun İT məhsul və həllərin təklif edilməsi;
  • Upselling və cross-selling imkanlarının müəyyən edilməsi;
  • Satış planlarının icrası və müəyyən edilmiş satış hədəflərinə nail olunması;
  • CRM sistemində müştəri, opportunity, təklif və satış məlumatlarının vaxtında və düzgün qeyd edilməsi;
  • Satış prosesinin sifarişin rəsmiləşdirilməsinə qədər effektiv şəkildə idarə olunması;
  • Satışdan sonrakı mərhələdə müştəri məmnuniyyətinin təmin edilməsində iştirak;
  • Bazar, rəqib və müştəri ehtiyacları ilə bağlı məlumatların təhlili və rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər

  • Ali təhsil;
  • B2B satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • İT məhsullarının, avadanlıqlarının və ya texnologiya həllərinin satışında təcrübə üstünlükdür;
  • Korporativ müştərilərlə işləmək və danışıqlar aparmaq bacarığı;
  • Satış prosesinin və funnel mərhələlərinin yaxşı anlaşılması;
  • Kommersiya təkliflərini oxumaq və müştəriyə düzgün təqdim etmək bacarığı;
  • İT məhsullarının əsas texniki xüsusiyyətlərini anlamaq və öyrənməyə hazır olmaq;
  • CRM sistemləri ilə işləmə bacarığı;
  • MS Office, xüsusilə Excel və PowerPoint üzrə yaxşı istifadə bacarığı;
  • Azərbaycan dili – sərbəst;
  • İngilis və/və ya rus dili – yaxşı səviyyədə olması üstünlükdür;
  • Analitik düşüncə, yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Nəticəyönümlülük və satış hədəflərinə fokuslanma.

Biz nə gözləyirik?

Bu vəzifədə əsas gözləntimiz sadəcə müştəriyə məhsul təqdim etmək deyil, müştəri ehtiyacını düzgün anlayaraq onu real satış imkanına çevirməkdir.

Təklif edirik

  • Rəqabətli əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
  • Peşəkar və dinamik iş mühiti;
  • İT məhsulları və texnologiyalar üzrə davamlı inkişaf imkanı;
  • Beynəlxalq brendlər və texnologiyalarla işləmək imkanı;
  • Karyera inkişaf perspektivi;
  • Təlim və sertifikasiya imkanları;
  • Korporativ müştərilərlə və iri layihələrlə işləmək imkanı.

Maraqlanan namizədlərin CV-lərini e-mailin mövzu hissəsində “Account menecer” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
22 sentyabr 2026

Şirkət haqqında

AEM Elektron
IT Services and IT Consulting · Baku
AEM Elektron — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

GateFlow
Middle · 2+ il
700–2 500

Müştəri bazası formalaşdırır, texniki məhsulu izah edir və B2B satışda 2 il təcrübəsi tələb olunur.

Cold CallingPresentation SkillsNegotiationB2B Sales+10
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Account manager
Müraciət et