Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Təhkim olunmuş cari korporativ və pərakəndə müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
- Yeni korporativ və pərakəndə müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək;
- Müştərilərin sorğularını lazımi struktur orqanlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
- Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
- Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımi işlərin görülməsi.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə;
- Azərbaycan dilini səlis bilənə; rus və ingilis dili arzu olunandır;
- Korporativ müştərilərlə iş sahəsində minimum 1 il təcrübəyə;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
- Stresə davamlılığa;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Account menecer üzrə bazar adətən 600–1 751 ₼ ödəyir, median — 975 ₼.
7 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Account menecer kimi öz maaşını yoxlaŞirkət haqqında
ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAccount menecer üzrə Bakıda digər açıq elanlar.
Müştəri əlaqələrini idarə edir və marketinq layihələrini koordinasiya edir, minimum 1 il təcrübə tələb olunur.
ABM və lead generation üzrə hesabların idarə olunmasını və komanda rəhbərliyini həyata keçirir




