Vakansiya haqqında
CarBuy – avtomobil sektorunda salonlar, dilerlər və alıcıları bir araya gətirən innovativ B2B platformadır. Biz avtomobil satış prosesini rəqəmsallaşdırır, şəffaf və sürətli alqı-satqı ekosistemi yaradırıq. Hazırda komanda olaraq böyümə mərhələsindəyik və satış sahəsində enerjili, analitik və nəticəyə fokuslanan bir Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
- CarBuy platformasının üstünlüklərini avtosalonlara, dilerlərə və fərdi satıcılara təqdim etmək
- Yeni müştərilərin (B2B partnyorların) cəlb olunması və aktiv əlaqələrin qurulması
- Mövcud müştəri bazasının idarə olunması, müqavilələrin bağlanması və satış prosesinin tam izlənməsi
- Aylıq və rüblük satış hədəflərinin yerinə yetirilməsi
- Müştəri rəylərinin toplanması və məhsul komandasına geribildirim verilməsi
Tələblər:
- Şəxsi avtomobilin olması mütləqdir
- Satış sahəsində minimum 2 il təcrübə (avtomobil sektoru və ya B2B satış sahəsində olması üstünlükdür)
- Güclü kommunikasiya və inandırma bacarığı
- Aktivlik, təşəbbüskarlıq və nəticəyə fokuslanma
- Rəqəmlərlə işləmə bacarığı və CRM sistemləri ilə tanışlıq
- Avtomobil bazarı haqqında anlayış (üstünlükdür)
Biz nə təklif edirik:
- Rəqəmsal transformasiya mərhələsində olan güclü layihədə iştirak imkanı
- Dinamik, açıq və gənc komanda
- Peşəkar inkişaf və real karyera yüksəlişi imkanı
İş şəraiti:
- Əməkhaqqı: 1000 AZN + satışdan bonus
- İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
- İş yeri: Ağ şəhərdə yerləşən ofis
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Avtomobil bazarının gələcəyi artıq CarBuy ilə formalaşır. CarBuy – avtosalonları, dilerləri və fərdi satıcıları bir araya gətirən innovativ B2B platformadır.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarB2B satış meneceri üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilərin cəlb edilməsi və satış planlarının icrası üzrə mütəxəssis axtarılır.
B2B satış proseslərini öyrənir, potensial müştərilərlə əlaqə qurur və satış bacarıqlarını inkişaf etdirir.
B2B satış prosesini idarə edir, korporativ müştəri cəlbi və satış təcrübəsi tələb olunur.



