Korporativ müştərilərin cəlb edilməsi və satış planlarının icrası üzrə mütəxəssis axtarılır.
Vakansiya haqqında
Komandamıza təcrübəli B2B satış mütəxəssisi axtarırıq. İlk zəngdən müqavilə imzalanana qədər satış prosesini siz aparacaqsınız.
Vəzifə öhdəlikləri
- Daxil olan zəng və müraciətlərin cavablandırılması
- Yeni müştərilərin axtarışı, şirkət sahibləri və qərar verən şəxslərlə əlaqənin qurulması
- Görüşlərin keçirilməsi və agentliyin xidmətlərinin təqdimatı
- Komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması
- Danışıqların aparılması və müqavilələrin bağlanması
- Sövdələşmələrin CRM sistemində aparılması
Namizədə tələblər
- B2B satış sahəsində ən azı 3 il iş təcrübəsi
- Şirkət sahibləri və qərar verən şəxslərlə danışıq təcrübəsi
- Meta və Google reklamının əsaslarını bilmək: lid, konversiya, bir müraciətin qiyməti, retarqetinq (reklamı qurmaq tələb olunmur)
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət
Üstünlüklər
- İngilis dilini bilmək
- Digital, IT və ya konsaltinq xidmətlərinin satışı üzrə təcrübə
İş şəraiti
- Əmək haqqı: 800-1 200 AZN, təcrübədən asılı olaraq
- Bonus: portfelinizdəki müştərilərin agentlik xidmətləri üçün aylıq ödənişindən 10%, müştəri bizimlə işlədiyi müddətdə
- Saytdan gələn müraciətlər və zənglər birbaşa sizə yönləndirilir
- Müştərinin reklam kabinetinin pulsuz auditini tarqetoloq hazırlayır, kommersiya təklifi komanda ilə birlikdə tərtib olunur
- İş yeri: Bakı, Old Town Plaza
Maraqlanan namizədlər CV-lərini və özləri haqqında qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində «B2B sales manager» qeyd olunmalıdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
B2B satış meneceri üzrə bazar adətən 800–1 000 ₼ ödəyir, median — 1 000 ₼.
11 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
B2B satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Old Town Plaza binasında yerləşir.
Əmək haqqı 800-1 200 ₼ arasında, təcrübədən asılı olaraq dəyişir.
Bonus portfelinizdəki müştərilərin aylıq ödənişindən 10% təşkil edir.
CV və özünüz haqqında qısa məlumat göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMövzu sətrində «B2B sales manager» qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarB2B satış meneceri üzrə Bakıda digər açıq elanlar.
Beynəlxalq logistika üzrə B2B satış aparır, aktiv satış və danışıqlar bacarığı tələb olunur
Korporativ müştərilərlə işləyir, satış və biznes əlaqələri qurmaq bacarığı tələb olunur
IT və təhlükəsizlik sistemləri üzrə korporativ satışları həyata keçirmək üçün minimum 2 il təcrübə tələb olunur



