Yerləşmə
Azərbaycan
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 200 ₼
Yerləşdirilib
23 iyun 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
23 iyul 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Yalnız gübrə və aqrokimya məhsulları üzrə yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi
  • Fermerlərin və aqroşirkətlərin tələbatlarının öyrənilməsi, uyğun gübrə həllərinin təklif edilməsi
  • Satış planlarının icrası və müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi
  • Gübrə məhsulları üzrə bazar qiymətlərinin və tədarük imkanlarının təhlili
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması
  • Rəhbərliyə satış və bazar fəaliyyəti üzrə müntəzəm hesabatların təqdim edilməsi

Bazar Araşdırması və Analiz:

  • Gübrə bazarında rəqiblərin və məhsul çeşidlərinin təhlili
  • Yeni satış kanallarının və bazar imkanlarının müəyyənləşdirilməsi
  • Gübrə satış strategiyalarının hazırlanmasında fəal iştirak

Tələblər:

  • Yalnız gübrə, aqrokimya və ya kənd təsərrüfatı sektorunda satış/satınalma üzrə minimum 1–3 il təcrübə (mütləqdir)
  • Bəy namizədlər
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı
  • Məqsədyönlü və nəticəyönümlü iş üslubu
  • Nəğd və müqaviləli satış prinsiplərini bilməsi
  • Azərbaycan dilində səlis danışıq (rus dili üstünlükdür)
  • Komanda ilə işləmək bacarığı və yüksək məsuliyyət hissi
  • Fermer təsərrüfatları və aqroşirkətlərlə iş təcrübəsi üstünlükdür

İş şəraiti:

  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
  • Davamlı karyera inkişafı və Karyeraya uyğun əmək haqqı artımı
  • Əmək haqqı: Satış meneceri 1000-1200 Azn (7%-ə qədər bonus)
  • İş ünvanı: Bakı, Badamar plaza

Şirkət haqqında

Agricola.az MMC
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Bitkiçilik

Fəaliyyət sahəsi və əsas istiqamətlər: Agricola.az MMC Azərbaycanda kənd təsərrüfatı sektorunda ixtisaslaşmış şirkətdir. Şirkət fermerlərin və aqrar müəssisələrin ehtiyaclarına uyğun olaraq yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları və xidmətləri təklif edir. Kənd təsərrüfatı məhsullarının idxalı və satışı: Mineral, maye, bio və suda həll olunan gübrələr. Mikroelementlər və bitki qidalandırıcılar. Bitki mühafizə vasitələri və pestisidlər. Toxum və biostimulyatorlar. Şirkət müasir texnologiyalardan istifadə etməklə və ekoloji təmiz məhsulları yaymaqla yerli kənd təsərrüfatının inkişafına töhfə verməyi əsas məqsəd hesab edir.

Agricola.az MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 000–1 200 ₼
Satış meneceri
Müraciət et