Vakansiya haqqında

Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina) komandasına Aparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

Əsas vəzifə öhdəlikləri

  • Assosiasiyanın layihə, proqram, tədbir və digər fəaliyyətləri üzrə iş planlarının və fəaliyyət qrafiklərinin hazırlanmasını, icrasını və monitorinqini həyata keçirmək;
  • Müvafiq fəaliyyətlər üzrə iştirakçıların, üzvlərin və tərəfdaşların cəlb edilməsini və müəyyən edilmiş müddətlərə riayət olunmasını təmin etmək;
  • Layihə və proqramların icrası zamanı yaranan təşkilati məsələləri, riskləri və gecikmələri müəyyənləşdirmək, onların həlli üzrə müvafiq tədbirlər görmək;
  • Assosiasiyanın tədbir, təlim, seminar, işgüzar görüş və maarifləndirmə təşəbbüslərinin təşkilini və həyata keçirilməsini təmin etmək;
  • Fintex sektoru üzrə araşdırmaların, analitik hesabatların və digər tədqiqat təşəbbüslərinin icrasını, məlumatların toplanması prosesini və nəticələrin vaxtında hazırlanmasını təmin etmək;
  • Layihə və digər fəaliyyətlər üzrə büdcə icrasını və resurslardan istifadəni izləmək, icra vəziyyəti və əldə edilmiş nəticələr barədə rəhbərliyə mütəmadi məlumat vermək;
  • Həyata keçirilən fəaliyyətlər üzrə hesabatları, təqdimatları və digər sənədləri hazırlamaq;
  • Layihə reyestrini, fəaliyyət və tədbir təqvimini, iş planlarını və müvafiq sənədləri aktual saxlamaq;
  • Fəaliyyətlərin nəticələrinin qiymətləndirilməsini, iştirakçı və tərəfdaş rəylərinin toplanmasını və gələcək təşəbbüslərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Namizədə tələblər

Təhsil və iş təcrübəsi

  • Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, dövlət və ictimai idarəetmə, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə;
  • Layihələrin idarə edilməsi, proqramların koordinasiyası, tədbirlərin təşkili və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
  • Layihə planlarının, iş qrafiklərinin və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
  • İctimai Birliklərdə tərəfdaşlarla əməkdaşlıq, tədbirlərin təşkili və ya araşdırmaların koordinasiyası sahəsində təcrübə üstünlükdür.

Peşəkar bilik və bacarıqlar

  • Layihələrin planlaşdırılması, koordinasiyası və icrasının monitorinqi üzrə biliklər;
  • İş planlarının, təqdimatların, hesabatların və rəsmi yazışmaların aparılması bacarığı;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Məlumatların toplanması, sistemləşdirilməsi və təhlili üzrə bacarıqlar;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dilində işgüzar yazışma və peşəkar materiallarla işləmək bacarığı;
  • Rus dili və ya digər xarici dilləri bilmək üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
  • Planlaşdırma, vaxtın idarə edilməsi və prioritetləri müəyyənləşdirmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
  • Müstəqil işləmək və eyni zamanda komanda ilə əməkdaşlıq etmək bacarığı;
  • Problemləri müəyyənləşdirmək və praktik həll yolları təklif etmək bacarığı;
  • Üzvlər, tərəfdaşlar və müxtəlif maraqlı tərəflərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük.

Biz təklif edirik

  • Fintex sektorunun inkişafına töhfə verən layihə və təşəbbüslərdə iştirak;
  • Yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları;
  • Peşəkar inkişaf və yeni biliklərin əldə edilməsi üçün imkanlar.

Əmək haqqı: 1000-1500 Azn

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
12 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
12 dekabr 2026
HRX ilə müraciət
3
Baxış
235

Maaş bazarla müqayisədə

Layihə koordinatoru üzrə bazar adətən 700–1 250 ₼ ödəyir, median — 750 ₼.

bu vakansiya · 1 000–1 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

11 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Layihə koordinatoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina)
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex · Bakı
Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina) — bütün vakansiyalar

Azfina 2020-ci ilin dekabr ayında maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən altı qabaqcıl şirkət tərəfindən təsis edilmişdir.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Layihələrin idarə edilməsi və əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi tələb olunur.

Əmək haqqı 1000-1500 ₼ aralığındadır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Layihə koordinatoru üzrə Bakıda digər açıq elanlar.

Delta Kid
MütəxəssisBakı
400₼

Uşaq mərkəzinin yaradılması layihəsini koordinasiya etmək və güclü təşkilatçılıq bacarığı tələb olunur

Project ManagementNegotiationReal Estate Market KnowledgeContractor Coordination+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Azercell
Yeni başlayan · 1–3 ilBakı
Maaş göstərilməyib

ERP layihələrinin koordinasiyası və sənədləşdirilməsi üzrə iş, layihə idarəetmə bacarıqları tələb olunur

Microsoft TeamsJiraMicrosoft ProjectProject Coordination+14
Müraciət et
Anonim işəgötürən
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Layihə koordinasiyası aparır, büdcə və cədvəl idarəçiliyində təcrübə tələb olunur

Project ManagementBudget ControlSchedulingProcurement Process+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Energazer
Mütəxəssis · 1–2 ilBakı
Maaş göstərilməyib

Ofis və sahə komandaları arasında koordinasiyanı təmin edir və texniki xidmət sifarişlərini idarə edir

Operations ManagementPlanningReportingCRM+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 000–1 500 ₼
Aparıcı mütəxəssis
Müraciət et