Biznes inkişafı üzrə mütəxəssis yeni biznes imkanlarını araşdırır və satış bacarıqları tələb olunur.
Vakansiya haqqında
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat / Ofisdə
Sahə: Beynəlxalq biznesin inkişafı / Energetika
Vəzifə haqqında
- Rumıniya və Ukrayna enerji bazarlarını araşdıran, potensial müştəri və tərəfdaşları müəyyən edən, yeni biznes imkanlarını kommersiya əlaqələrinə çevirən mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
- Rumıniya və Ukrayna enerji bazarları, rəqiblər və investisiya imkanlarının araşdırılması;
- Yeni korporativ müştəri, EPC tərəfdaşı və mühəndislik şirkətlərinin müəyyən edilməsi;
- Enerji effektivliyi, enerji auditi, bərpa olunan enerji və elektrik infrastrukturu layihələrinin izlənilməsi;
- Hər iki ölkədə tender, satınalma və donor maliyyəli layihələrin araşdırılması;
- E-mail, telefon, LinkedIn və onlayn görüşlərlə aktiv B2B əlaqələrin qurulması;
- Ukraynanın enerji infrastrukturunun bərpası üzrə imkanların araşdırılması;
- Market Research, Market Entry Strategy, təqdimat və kommersiya təkliflərinin hazırlanması;
- Həftəlik və aylıq BD hesabatları və CRM pipeline-ının aparılması.
Əsas kvalifikasiya tələbləri
- Biznes, iqtisadiyyat, beynəlxalq münasibətlər, mühəndislik və ya uyğun sahədə ali təhsil;
- Business Development, Market Research və ya International Sales üzrə minimum 2 il təcrübə;
- İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət (mütləqdir);
- Müstəqil bazar araşdırması və aktiv B2B əlaqə yaratmaq bacarığı;
- Excel və PowerPoint-də yüksək səviyyəli analitik və təqdimat bacarıqları;
- Təhlükəsizlik və təşkilati şərtlər nəzərə alınmaqla xarici ezamiyyətlərə hazırlıq.
Üstünlük veriləcək
- Rumın və/və ya Ukrayna dilləri; rus dili biliyi;
- Rumıniya və Ukrayna bazarlarında mövcud əlaqələr və təcrübə;
- Energetika, EBRD, EIB, Dünya Bankı, Aİ donor layihələri və beynəlxalq tenderlər üzrə təcrübə;
- LinkedIn Sales Navigator və CRM bacarıqları.
Təklif edirik
- Beynəlxalq bazarların inkişafında birbaşa iştirak;
- Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus;
- Beynəlxalq tərəfdaşlarla iş və karyera inkişafı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: Business Development Specialist – Romania & Ukraine
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes inkişafı meneceri üzrə bazar adətən 1 200–3 000 ₼ ödəyir, median — 1 500 ₼.
29 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes inkişafı meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
ENERGAZER MMC Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada dövlət qeydiyyatına alınmış, enerji və enerji səmərəliliyi, rəqəmsal texnologiya, strateji tərəfdaşlıq, davamlılıq və problemlərin həlli istiqamətində fəaliyyət göstərən…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tam ştat, ofisdə işləmək tələb olunur.
Minimum 2 il təcrübə tələb olunur.
Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus təklif olunur.
Namizədlər CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes inkişafı meneceri üzrə Bakıda digər açıq elanlar.
Biznesin inkişafı üzrə strateji tədbirlər hazırlayır və bazar araşdırması aparır.
Potensial sifarişçilərlə işləyir, satış və layihə idarəetməsi üzrə 3 il təcrübəsi var.
Biznesin inkişafı və idarəetmə qərarlarının hazırlanması üçün strateji planlaşdırma və təhlil aparır.



