Yeni tərəfdaşlıqlar qurur, biznes və satış bacarıqları ilə nəticəyə yönəlir.
Vakansiya haqqında
Business Development Specialist — FluentED
FluentED ingilis dilini daha praktik, sistemli və real danışıq nəticəsinə fokuslanan müasir EdTech brendidir. Biz insanlara sadəcə ingilis dili öyrətmirik — onların bildiklərini real danışıq bacarığına çevirməyə kömək edirik.
Hazırda məhsullarımızın satışını və biznes inkişafını böyütmək üçün komandamıza Business Development Specialist axtarırıq.
Sənin əsas vəzifələrin:
- FluentED məhsullarının potensial müştərilərini və yeni satış imkanlarını araşdırmaq;
- Potensial müştərilərlə ilkin əlaqə yaratmaq və məhsulu düzgün təqdim etmək;
- Gələn müraciətləri satış imkanına çevirmək;
- Müştərinin ehtiyacını anlayaraq ona uyğun məhsulu izah etmək;
- Satış prosesini ilkin əlaqədən alış qərarına qədər idarə etmək;
- Yeni əməkdaşlıq və biznes inkişafı imkanları tapmaq;
- Satış nəticələrini izləmək və satışın artırılması üçün yeni ideyalar təklif etmək;
- Marketinq komandası ilə birlikdə kampaniyaların və təkliflərin daha effektiv satışa çevrilməsi üzərində işləmək;
- Müştəri rəylərini və bazar məlumatlarını komandaya çatdırmaq.
Səndən gözləntilərimiz:
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Satış və ya business development sahəsində təcrübə üstünlükdür;
- İnsanların ehtiyacını düzgün anlama və onlara uyğun həll təqdim etmə bacarığı;
- Müstəqil işləmək və təşəbbüs göstərmək;
- Nəticə və performans yönümlü olmaq;
- Sosial media, onlayn satış və digital məhsullar haqqında anlayış;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- İngilis dili biliyi üstünlükdür.
Əgər satışa sadəcə “məhsul satmaq” kimi yox, insanın ehtiyacını anlayıb düzgün həll təqdim etmək kimi baxırsansa, FluentED komandasında səni görmək istəyirik.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Yeni tərəfdaşlar cəlb etmək və əməkdaşlıqları gəlirə çevirmək bacarığı tələb olunur.
Direktorun işlərini koordinasiya edir, marketing və biznes inkişafında təcrübə tələb olunur
Sərgi və tədbirlər üçün satış planlarını icra etmək, baza yeniləmək tələb olunur.


