Korporativ müştərilərə IT və biznes həllərinin satışını həyata keçirir, 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Bu, klassik iş elanı deyil.
Maaşlı satış əməkdaşı və ya sadəcə freelance satış nümayəndəsi axtarmırıq.
Creamaxi olaraq Azərbaycanda veb texnologiyaları, süni intellekt həlləri, CRM və avtomatlaşdırma, rəqəmsal marketinq və reklam xidmətlərimizi yerli bazarda böyütmək üçün öz biznes şəbəkəsi olan strateji tərəfdaşlarla əməkdaşlıq etmək istəyirik.
Əgər siz:
- Azərbaycanda şirkət sahibləri və qərarvericilərlə aktiv əlaqələrə maliksinizsə,
- öz müştəri portfeliniz və ya biznes şəbəkəniz varsa,
- B2B satış, konsaltinq, IT, reklam, media, ERP/CRM, mühasibatlıq və ya korporativ xidmətlər sahəsində fəaliyyət göstərirsinizsə,
- mövcud müştərilərinizə əlavə rəqəmsal və texnoloji həllər təqdim etmək istəyirsinizsə,
Creamaxi sizin üçün yeni gəlir kanalı yarada bilər.
Əməkdaşlıq modeliSiz biznes əlaqələrini və imkanları yaradırsınız.
Creamaxi isə:
- ehtiyac analizini,
- texniki həllin hazırlanmasını,
- qiymətləndirməni,
- təklif və müqavilə prosesini,
- layihənin hazırlanmasını və icrasını
öz üzərinə götürür.
Bağlanan layihələrdən tərəfdaşımıza gəlir payı / komissiya ödənilir.
Uyğun tərəfdaşlarla yalnız fərdi satış deyil, uzunmüddətli regional təmsilçilik, white-label və strateji əməkdaşlıq modelləri də müzakirə edilə bilər.
Kimləri axtarırıq?Xüsusilə:
- Biznes konsultantları
- IT və proqram təminatı şirkətləri
- ERP / CRM mütəxəssisləri
- Reklam və marketinq agentlikləri
- Mühasibatlıq və şirkət quruluşu xidmətləri göstərənlər
- Media və PR şirkətləri
- B2B satış təcrübəsi və güclü biznes şəbəkəsi olan şəxslər
ilə əməkdaşlıqda maraqlıyıq.
Vacib: Bu elan “müştəri siyahısı verilsin, mən zəng edim” tipli satış rolu üçün deyil. Öz biznes əlaqələrini və imkanlarını yarada bilən tərəfdaşlar üçündür.
Creamaxi Azərbaycan bazarında uzunmüddətli tərəfdaşlıq ekosistemi qurur.
Əgər hazır müştəri şəbəkəniz varsa və xidmət portfelinizə rəqəmsal, AI və texnologiya həlləri əlavə etmək istəyirsinizsə, müraciət edə bilərsiniz.
Şirkət haqqında
Be creative | Dijital Çözüm Ortağınız! Creamaxi Reklam Ajansı, dijital reklam çözümleri hazırlar, kurumsal kimlik, grafik tasarım ve web tasarım konularında profesyonel hizmet verir.
Creamaxi Dijital — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İnsan kapitalının qiymətləndirilməsi və satış layihələrini idarə edən, ən azı 2 il təcrübəsi olan mütəxəssis.
Korporativ satış strategiyasını hazırlayır, satış komandası idarə edir və müştəri əlaqələrini inkişaf etdirir.
Korporativ müştərilərə məhsulların satışını təşkil edir və 3-5 il B2B satış təcrübəsi tələb olunur.




