Biznes inkişafı və əmtəə ticarəti üzrə mütəxəssis

28EDGE LLC

Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 iyun 2026
Dillər
English, Russian, Azerbaijani
Son tarix
23 iyul 2026

Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Bakı, Azərbaycan
  • Tam ştat
  • Beynəlxalq müştərilər, təchizatçılar və tərəfdaşlarla gündəlik əməkdaşlıq

Vəzifənin məqsədi

  • Yeni beynəlxalq biznes imkanlarının yaradılması, müştəri və təchizatçı şəbəkəsinin genişləndirilməsi, commodity alqı-satqı əməliyyatlarının kommersiya baxımından idarə olunması və şirkətin qlobal bazarlarda inkişafına dəstək vermək.

Əsas vəzifələr

  • Beynəlxalq bazarlarda yeni müştəri və təchizatçıların araşdırılması və cəlb edilməsi
  • Commodity məhsulları üzrə alış və satış imkanlarının müəyyən edilməsi
  • Potensial alıcılar, istehsalçılar və distribyutorlarla əlaqələrin qurulması
  • Qiymət təkliflərinin hazırlanması və kommersiya danışıqlarının aparılması
  • Alış və satış müqavilələrinin kommersiya şərtlərinin koordinasiyası
  • Bazar qiymətlərinin, tələb-təklif dəyişikliklərinin və trendlərin izlənilməsi
  • Yeni ölkələrdə və bazarlarda biznes imkanlarının araşdırılması
  • Təchizat zənciri, logistika və sənədləşmə komandaları ilə koordinasiya
  • Müştəri bazasının inkişaf etdirilməsi və uzunmüddətli biznes münasibətlərinin qurulması
  • Satış hədəflərinin yerinə yetirilməsi və kommersiya hesabatlarının hazırlanması

Tələblər

  • Ali təhsil (Biznes, İqtisadiyyat, Beynəlxalq Ticarət və ya əlaqəli sahələr üstünlükdür)
  • Minimum 2-3 il satış, biznes inkişafı, beynəlxalq ticarət və ya commodity trading təcrübəsi
  • Güclü ingilis dili biliyi (yazılı və şifahi)
  • Rus dili və digər xarici dillər üstünlükdür
  • B2B satış və danışıqlar bacarığı
  • Beynəlxalq bazarları analiz etmək bacarığı
  • Güclü kommunikasiya və əlaqə qurma qabiliyyəti
  • Nəticə yönümlü və kommersiya düşüncəsinə sahib olmaq
  • MS Office və Excel bacarıqları

Texniki biliklər

  • Commodity trading prinsipləri
  • Incoterms 2020
  • Beynəlxalq satış və alış prosesləri
  • Trade Finance anlayışı
  • LC, SBLC və əsas ödəniş metodları haqqında anlayış
  • Supply chain və logistika prosesləri
  • Market research və qiymət analizi
  • CRM sistemləri ilə işləmə bacarığı üstünlükdür

KPI-lər

  • Cəlb olunan yeni müştəri və təchizatçı sayı
  • Bağlanan uğurlu ticarət əməliyyatlarının sayı və həcmi
  • Satış və gəlir hədəflərinin icrası
  • Yeni bazarların və biznes imkanlarının yaradılması
  • Müştəri münasibətlərinin davamlılığı
  • Kommersiya hesabatlarının dəqiqliyi

Üstünlüklər

  • Performans əsaslı bonus imkanları
  • Beynəlxalq commodity trading bazarında inkişaf
  • Qlobal müştəri və tərəfdaşlarla işləmə imkanı
  • Karyera inkişaf perspektivi

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Biznes inkişafı və əmtəə ticarəti üzrə mütəxəssis
Müraciət et