Vakansiya haqqında
Biz eksklüziv premium daşınmaz əmlakların satışı üzrə komandamıza təcrübəli və nəticəyönümlü Daşınmaz Əmlak üzrə İnvestisiya məsləhətçisi axtarırıq.Həmin şəxsin əsas vəzifəsi daima komandanın peşəkarlağını artırmaq və müştərilərinin tələblərinə uygun investesiya məsləhət paketi hazırlamaq olacaq
Əsas vəzifə öhdəliklər
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi: Müştərilərin tələblərini, büdcəsini, gözləntilərini və alış motivlərini müəyyənləşdirmək.
- Satış strategiyasının hazırlanması: Potensial alıcıları qiymətləndirmək və premium seqment müştəriləri üçün fərdi satış strategiyaları hazırlamaq.
- Peşəkar təqdimatların keçirilməsi: Layihəni, ayrı-ayrı yaşayış sahələrini və uyğun mənzil planlaşdırma variantlarını yüksək səviyyədə təqdim etmək.
- Kommersiya danışıqlarının aparılması: Qiymət, ödəniş strukturu və kommersiya şərtləri üzrə danışıqlar aparmaq, müştərilərin etirazlarını effektiv şəkildə qarşılamaq.
- Müştəri münasibətlərinin və təqib prosesinin idarə edilməsi: Müştərilərlə müntəzəm əlaqə saxlamaq, görüşlər və əmlak baxışları təşkil etmək, rezervasiya mərhələsindən satışın yekunlaşmasına qədər bütün prosesi idarə etmək.
Namizədə dair tələblər
- Cins: Bəy namizədlər.
- Təhsil: Bakalavr dərəcəsi.
- Yaş: 27–40 yaş.
- İş təcrübəsi: Daşınmaz əmlak sahəsində minimum 3 il birbaşa iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan və rus dillərini ana dili səviyyəsində və ya sərbəst bilmək mütləqdir. İngilis dili üzrə işgüzar ünsiyyət bacarığı üstünlükdür.
- Texniki bacarıqlar: MS Office proqramlarını yüksək səviyyədə bilmək və Bitrix24 kimi CRM sistemləri ilə işləmək təcrübəsi.
- Əsas səriştələr: Yüksək səviyyəli ünsiyyət, danışıqlar aparmaq və təqdimat bacarıqları, aktiv dinləmə, etirazların idarə edilməsi və güclü kommersiya düşüncəsi.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – cümə, saat 10:00–19:00.
- Qidalanma: Şirkət tərəfindən gündəlik nahar təmin edilir.
- Əməkhaqqı: Rəqabətqabiliyyətli sabit əməkhaqqı, satış nəticələrinə və KPI göstəricilərinə əsaslanan yüksək komissiya və bonus sistemi.
Biz nə təklif edirik?
- Premium daşınmaz əmlak portfeli ilə işləmək imkanı.
- Yüksək gəlir potensialı və nəticələrə əsaslanan maliyyə mükafatlandırması.
- Peşəkar inkişaf, davamlı məhsul və satış təlimləri.
- Müasir iş mühitində karyera yüksəlişi və inkişaf imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Daşınmaz əmlak agenti üzrə bazar adətən 1 000–2 150 ₼ ödəyir, median — 1 500 ₼.
32 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Daşınmaz əmlak agenti kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş günləri bazar ertəsindən cüməyə, saat 10:00–19:00 arasıdır.
Rəqabətqabiliyyətli sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan yüksək komissiya və bonus sistemi mövcuddur.
İş yeri Bakı şəhərindədir.
Bakalavr dərəcəsi tələb olunur.
Daşınmaz əmlak sahəsində minimum 3 il birbaşa iş təcrübəsi tələb olunur.
Azərbaycan və rus dillərini ana dili səviyyəsində və ya sərbəst bilmək mütləqdir, ingilis dili işgüzar ünsiyyət üçün üstünlükdür.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDaşınmaz əmlak agenti üzrə Bakıda digər açıq elanlar.
Kirayə meneceri icarə müqavilələrinin idarə olunmasını və bazar araşdırmasını həyata keçirir.
Daşınmaz əmlakın alqı-satqısı və icarəsi üzrə müştərilərlə işləmək və satış bacarığı.
Əmlak satışında işləyir və məsuliyyətli olmaq tələb olunur, təcrübə şərt deyil.
