Korporativ müştərilərlə iş qurur, satış artırır və 5 il təcrübə tələb edir
Vakansiya haqqında
Struktur bölmə: Satış departamenti – Strateji satış şöbəsi
Vəzifə öhdəlikləri:
- Cəmiyyət üçün strateji əhəmiyyət daşıyan iri holdinqlər, transmilli şirkətlər və dövlət əhəmiyyətli qurumlar üzrə satış imkanlarını müəyyən etmək və inkişaf etdirmək;
- Yüksək büdcəli, yüksək sığorta tutumlu, kompleks və xüsusi risklər üzrə sığorta həllərinin hazırlanması və satış prosesinin aparıcı koordinasiyasını həyata keçirmək;
- Strateji müştərilərin biznes və risk ehtiyaclarını dərindən təhlil etmək, fərdi sığorta proqramları və uzunmüddətli əməkdaşlıq təklifləri hazırlamaq;
- Müştərilərlə danışıqlar aparmaq, kommersiya şərtlərinin razılaşdırılması və müqavilələrin bağlanması prosesində iştirak etmək;
- Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
- Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
- Strateji satış nəticələrini və portfel göstəricilərini təhlil etmək, rəhbərliyə əsaslandırılmış təklif və hesabatlar təqdim etmək.
- Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
- Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
- Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə.
İş şərtləri:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
- Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Strateji satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş vaxtı həftədə 5 gün, saat 09:00-dan 17:45-dək, cümə günü 17:00-dəkdir.
İş yeri Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A ünvanındadır.
Əmək haqqı namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun müsahibə əsasında müəyyən edilir.
Mövzu bölməsində “Strateji satış üzrə baş mütəxəssis” qeyd etməklə CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçAzərbaycan dili yüksək səviyyədə tələb olunur, rus və ingilis dili arzuolunandır.
Sığorta, satış və ya biznesin inkişafı sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKiçik müştəri meneceri üzrə Bakıda digər açıq elanlar.
Mürəkkəb müştəri portfelini idarə edir və satış strategiyasını həyata keçirir, minimum 3 il təcrübə tələb olunur
Müştərilərlə əlaqə qurur, biznes bankçılıq məhsullarını təqdim edir və kredit analizi aparır
Biznes müştərilərə bank məhsullarını satmaq və kredit məhsulları üzrə ilkin bilik tələb olunur


