Vakansiya haqqında

Struktur bölmə: Satış departamenti – Sahibkarlarla iş şöbəsi

Vəzifə öhdəlikləri:

  • Sahibkarlıq subyektləri üzrə mürəkkəb və yüksək potensiallı müştəri imkanlarını müəyyən etmək, satış strategiyasının şöbə hədəflərinə uyğun icrasına töhfə vermək;
  • Müştərinin biznes modelini, əmlakını və əsas risklərini təhlil edərək kompleks biznes sığorta həllərinin formalaşdırılmasını və təqdim edilməsini koordinasiya etmək;
  • İri və strateji əhəmiyyətli sahibkarlarla danışıqları aparmaq, kommersiya şərtlərinin razılaşdırılmasında və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasında iştirak etmək;
  • Mürəkkəb risklər üzrə Anderraytinq və digər aidiyyəti bölmələrlə işin koordinasiyasını, tələb olunan məlumatların tamlığını və prosesin vaxtında aparılmasını təmin etmək;
  • Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
  • Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
  • Satış göstəricilərini təhlil etmək, bazar və məhsul ehtiyacları üzrə təkliflər hazırlamaq.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
  • Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
  • Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə.

İş şərtləri:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
  • Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.

Zəhmət olmasa, mövzu bölməsində “Sahibkarlarla iş üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Əhməd Rəcəbli 19A, Nərimanov rayonu
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
17 dekabr 2026
Baxış
21

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A ünvanındadır.

İş vaxtı həftədə 5 gün, saat 09:00-dan 17:45-dək, cümə günü 17:00-dəkdir.

Əmək haqqı namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun müsahibə əsasında müəyyən edilir.

CV göndərilməlidir, mövzu bölməsində “Sahibkarlarla iş üzrə baş mütəxəssis” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.

Karyera və peşəkar inkişaf, peşəkar komandada işləmək, tibbi sığorta və fitnes mərkəzinə üzvlük imkanı təmin edilir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kiçik müştəri meneceri üzrə Bakıda digər açıq elanlar.

Meqa Sığorta
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Strateji müştərilərlə işləyir, yüksək səviyyəli satış və risk analizi bacarıqları tələb olunur

Business DevelopmentRisk AnalysisNegotiationCustomer Relationship Management+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Karvan - L
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 200₼

Korporativ müştərilərlə iş qurur, satış artırır və 5 il təcrübə tələb edir

B2B SalesCustomer Relationship ManagementPresentation SkillsPublic Relations+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sahibkarlarla iş üzrə baş mütəxəssis
Müraciət et