Korporativ müştərilərlə işgüzar əlaqələr qurur və satış həcmini artırmaq üçün çalışır
Vakansiya haqqında
KOMFY 2015-ci ildən fəaliyyət göstərən matras istehsal müəssisəsidir. KOMFY bütün beynəlxalq standartlara cavab verən yeni açılan fabrikində 5 ulduzlu hotellərin ən yüksək tələbləri də daxil olmaqla, 65cm hündürlüyə qədər matraslar istehsalı edir.
Biz yerli və beynəlxalq hotel şəbəkələri, dövlət və özəl sektorun böyük təchizat layihələri ilə işləyəcək Korporativ Satış üzrə Mütəxəssis axtarırıq.
Bu işdə siz nə edəcəksiniz?
- Yerli və regional hotellər, sanatoriyalar və korporativ müştərilərlə uzunmüddətli B2B tərəfdaşlıqlar qurmaq;
- Dövlət və özəl sektorun elan etdiyi tenderlərdə (döşək və yataq sistemləri üzrə) iştirak etmək, texniki şərtləri analiz etmək və kommersiya təklifləri hazırlamaq;
- Müştərilərin fərdi tələblərinə uyğun OEM və özəl brend (Private Label) sifarişlərinin istehsalatla koordinasiyasını təmin etmək;
- Müqavilə danışıqlarını aparmaq, satış hədəflərini icra etmək və mövcud korporativ portfeli genişləndirmək.
Bizim üçün vacib olan tələblər:
- Korporativ satış (B2B) sahəsində minimum 2-3 il real iş təcrübəsi;
- Hotellərlə (HoReCa sektoru) birbaşa işləmə və satış təcrübəsi (mütləqdir);
- Dövlət və korporativ tenderlərlə işləmə təcrübəsi (sənədləşmə, qiymət təkliflərinin hazırlanması, satınalma prosedurlarını bilmək mütləqdir);
- Güclü danışıqlar aparmaq, təqdimat etmək və qərarverici şəxslərlə (procurement, GM, təchizat rəhbərləri) ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (Rus və İngilis dilləri üstünlükdür).
KOMFY sizə nə təklif edir?
- Bazarda rəqabətqabiliyyətli sabit əməkhaqqı + yüksək satış bonusları (KPI);
- İstehsalat gücü, 10 illik korporativ zəmanəti və keyfiyyəti ilə arxasında tam dayana biləcəyiniz güclü yerli brend;
- Peşəkar və çevik komanda mühiti.
Özünüzü bu rolda görürsünüzsə və ya ətrafınızda bu təcrübəyə malik güclü mütəxəssis tanıyırsınızsa, CV-nizi rustam@komfy.az ünvanına mövzu yerində "Korporativ Satış üzrə Mütəxəssis" qeyd edərək göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Korporativ satış meneceri üzrə bazar adətən 700–1 100 ₼ ödəyir, median — 1 000 ₼.
26 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ satış meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Baku Ekonomic Zone, Bakı şəhərində yerləşir.
Korporativ satış sahəsində minimum 2-3 il təcrübə tələb olunur.
Bazarda rəqabətqabiliyyətli sabit əməkhaqqı və yüksək satış bonusları təklif olunur.
CV göndərmək tələb olunur, mövzu yerində "Korporativ Satış üzrə Mütəxəssis" qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ satış meneceri üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilərlə əlaqələri idarə edir və satış hədəflərinə çatmaq üçün bacarıqlı olmalıdır
Korporativ satış proseslərini idarə edir və minimum 1 il təcrübə tələb olunur
Korporativ hədiyyələr və promo məhsulların B2B satışını həyata keçirir, 2-3 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




