Korporativ müştərilərlə əlaqələri idarə edir və satış hədəflərinə çatmaq üçün bacarıqlı olmalıdır
Vakansiya haqqında
GENS Elektrik / Magru Construction şirkəti Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer axtarır!
Biz şirkətimizin korporativ müştəri bazasını genişləndirəcək, yeni əməkdaşlıq imkanları yaradacaq və satış həcminin artırılmasına töhfə verəcək təşəbbüskar, aktiv və nəticəyönümlü əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin axtarışı, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Tikinti şirkətləri, podratçılar və digər korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Potensial müştərilərlə görüşlərin təşkili və şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kommersiya təkliflərinin hazırlanması;
- Şirkətin satış strategiyasına uyğun olaraq müəyyən edilmiş satış planlarının yerinə yetirilməsi;
- Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına və sifarişin tamamlanmasına qədər idarə edilməsi;
- Mövcud müştərilərlə əməkdaşlığın genişləndirilməsi və təkrar satışların artırılması;
- Müştəri sifarişlərinin izlənilməsi və aidiyyəti şöbələrlə koordinasiyası;
- Satış nəticələrinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Namizədə tələblər
- Xanım və bəy namizədlər;
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Korporativ satış (B2B) sahəsində praktiki təcrübə;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma bacarığı;
- Yeni müştərilərin müstəqil şəkildə axtarılması və cəlb edilməsi bacarığı;
- Satış texnikaları, danışıqların aparılması və müştəri münasibətlərinin idarə edilməsi üzrə biliklər;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi bacarığı;
- Analitik düşüncə, planlaşdırma və təşkilatçılıq qabiliyyəti;
- Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı;
- Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq;
- Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı;
- Peşəkar inkişafa və yeniliklərə açıq olmaq.
İş şəraiti və şirkətin təklifləri
- İş qrafiki: Tam iş günü;
- İş saatları: 09:00–18:00;
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 185;
- Aylıq sabit əməkhaqqı: 600–800 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir);
- Yüksək satış nəticələrinə əsaslanan yüksək bonus sistemi və əlavə qazanc imkanı;
- Satış göstəricilərinə uyğun artan motivasiya sistemi;
- Nəqliyyat və korporativ mobil telefon xərcləri şirkət tərəfindən qarşılanır;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanları.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Qeyd: Yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Korporativ satış meneceri üzrə bazar adətən 700–1 100 ₼ ödəyir, median — 1 000 ₼.
26 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
"GENS ELEKTRİK"MMC 2011-ci ildə qurulmuşdur. Şirkətimizin gənc olmasına baxmayaraq, qısa zaman ərzində gördükləri işlər onu göstərirki, kollektivimiz Azərbaycan Respublikasının iqtisadiyyatına və sənayesinə durmadan öz tövhəsini…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:00–18:00, tam iş günüdür.
İş yeri Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 185 ünvanındadır.
Aylıq sabit əməkhaqqı 600–800 ₼ arasında, bilik və təcrübəyə görə müəyyən edilir.
Yüksək satış nəticələrinə əsaslanan bonus sistemi və əlavə qazanc imkanı mövcuddur.
CV-ni mövzu hissəsində “Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer” qeyd etməklə elektron poçt vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ satış meneceri üzrə Bakıda digər açıq elanlar.
İT məhsullarının satışını artırmaq üçün korporativ müştərilərlə əlaqələr qurur və idarə edir
Korporativ müştərilərlə satış prosesini idarə edir və bazar analizini aparır.
Korporativ müştərilərlə işləyir, satış aparır və ən azı 1 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





