Korporativ müştərilərlə satış aparır və 1-3 il satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
1. Şirkət strategiyalarına uyğun olaraq bazarın araşdırılması, müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsul və xidmətlərin tanıtımını həyata keçirmək;
2. Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
3. Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
4. B2B satış ilə bağlı bazar araşdırmalarının aparılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
5. Bazardakı satış qiymətlərinin monitorinqi və rəqiblərin analiz edilməsi;
6. Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
7. Korporativ müştərilərlə satış üçün danışıqların aparılması və müştəri tələblərinə əsasən təkliflərin hazırlanması;
8. Satışla bağlı sənədləşmə işlərinin (müqavilə, uçot, təhvil təslim və digər) aparılması;
9. Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması;
10.Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
11.Satış hədəflərinə çatmaq üçün lazımi marketinq fəaliyyətlərini və məhsul strategiyasına uyğun illik promosyon fəaliyyərlərini planlaşdırıb rəhbərliyə təqdim etmək.
12. Bazar, rəqabətlilik və müştəri analizləri etmək;
13.Sifarişləri qəbul etmək və izləmək, satış hədəflərini yerinə yetirmək, debitor borclarına nəzarət etmək.
Şirkət haqqında
Astara Rayonunun Çayoba kəndi ərazisində yerləşən Green Plant MMC-yə məxsus "Astaraçay" Brendi Lənkəran və Astara rayonları ərazisində 1932-ci ildən etibarən əkilən plantasiyalardan toplanan premium Azərbaycan çayıdır.
Green Plant MMC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Ağır texnikanın satışını həyata keçirmək və yeni müştərilər cəlb etmək.
İdxal proseslərini koordinasiya edir, təchizatçıları qiymətləndirir və müqavilələri idarə edir.
Müştəri hesablarını idarə edir, güclü əlaqələr qurur və satış bacarıqları tələb olunur.



