Satış və biznes inkişafını dəstəkləmək üçün vendorlarla əlaqələri idarə edir və koordinasiya edir.
Vakansiya haqqında
Təsvir
- Satış fəaliyyətinin effektivliyini qiymətləndirmək məqsədilə gündəlik, həftəlik, aylıq, rüblük və illik analitik hesabatlar hazırlamaq.
- Satış planlarının icra vəziyyətini təhlil etmək, plan-fakt müqayisələri aparmaq və kənarlaşmaların səbəblərini müəyyənləşdirmək.
- Filiallar, regionlar, satış komandaları, məhsul qrupları və satış kanalları üzrə performans analizlərini həyata keçirmək.
- Satış KPI-larının monitorinqini aparmaq, nəticələri ölçmək və rəhbərliyə təqdim etmək.
- Satış dövriyyəsi, gəlirlilik, marja, məhsuldarlıq və digər kommersiya göstəricilərini təhlil etmək.
- Satış fəaliyyətinə təsir edən daxili və xarici amilləri müəyyən etmək və müvafiq təkliflər hazırlamaq.
- Marketinq şöbəsi ilə birgə kompaniyalar və satış təşviqedici tədbirlər hazırlamaq
- Power BI, Excel və digər analitika alətləri vasitəsilə dashboardlar və vizuallaşdırmalar hazırlamaq.
- Birbaşa rəhbərinin verdiyi tapşırıqları vaxtında, düzgün və keyfiyyətli şəkildə icra etmək.
Tələblər
- İqtisadiyyat, Maliyyə, Statistika, Riyaziyyat, Biznesin İdarə Edilməsi, Menecment və ya əlaqəli sahələr üzrə ali təhsil
- Analitika, Biznes Analitikası, Satış Analitikası və ya Hesabatlılıq sahəsində minimum 2 il iş təcrübəsi. FMCG, Distribusiya və Pərakəndə satış sektorunda təcrübəyə üstünlük verilir.
- Azərbaycan dilində sərbəst, İngilis dili orta və yüksək səviyyədə
- MS Excel (Advanced səviyyə), Power BI, SQL, Power Query, Power Pivot Microsoft, PowerPoint, ERP və CRM sistemləri ilə işləmək bacarığı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir. Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır.
Mars Overseas Baku — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Power BI və SQL istifadə edərək məlumat analizi və hesabatların hazırlanmasını həyata keçirir.
Mükafatlar üzrə işçi aylıq bonusların hesablanması və HR məlumatlarının təhlilini aparır.
Restoran əməliyyatlarının məlumatlarını təhlil edir və biznes qərarları üçün analitik hesabatlar hazırlayır



