Incoming tourism üçün satışları idarə edir, turizm sahəsində 2 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- Portfelə daxil olan korporativ müştərilərə Azercell-in korporativ xidmətlərinin, məhsullarının və həllərinin satışı
- Portfel üzrə yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanılması
- Mövcud korporativ müştərilərdən əldə olunan gəlirin artırılması, onlarla yeni əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi və aktiv şəkildə yeni satış imkanlarının axtarılması
- B2B Satış planına uyğun olaraq portfel üzrə rüblük, aylıq və illik satış hədəflərinə nail olunması
- Portfeldəki mövcud korporativ müştərilərin gəlir analizinin müvafiq hesabatlar (gündəlik, həftəlik və aylıq) vasitəsilə aparılması və izlənilməsi
- Bazarda rəqiblərin fəaliyyətinin təhlil edilməsi
- Korporativ müştərilərin fəaliyyəti haqqında müvafiq məlumatların toplanması, bu məlumatların məxfiliyinin təmin olunması və mütəmadi olaraq yoxlanılması
- Portfelə daxil olan Azercell-in korporativ müştərilərinə korporativ xidmətlər, məhsullar və həllər barədə uyğun məsləhətlərin verilməsi
- Azercell-in korporativ xidmətləri, məhsulları və həlləri ilə bağlı korporativ müştərilərin təklif və şikayətlərinin toplanması və müvafiq şöbələrə çatdırılması
- Portfelə daxil olan mövcud və potensial korporativ müştərilər tərəfindən elan olunan müvafiq tenderlərdə iştirak edilməsi və tender və biznes tələblərinə uyğun şəkildə Azercell-in korporativ xidmətlərinin, məhsullarının və həllərinin təklif edilməsi
- Azercell-in korporativ müştəriləri ilə sağlam və səmimi münasibətlərin qurulması və inkişaf etdirilməsi
- Azercell-in korporativ müştəriləri ilə danışıqların və müzakirələrin aparılması
Tələblər
- Biznes, Marketinq, Kommersiya, Strategiya və ya İqtisadiyyatla bağlı ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi
- Korporativ satış sahəsində 5 illik iş təcrübəsi. Telekom sahəsində təcrübə üstünlükdür
- Azərbaycan və Rus dillərində yazılı və şifahi ünsiyyət bacarıqları – sərbəst səviyyə; İngilis dilində yazılı və şifahi bacarıqlar
- İnformasiya texnologiyaları və Telekom məhsulları və həlləri, həmçinin ən son trendlər barədə sübut olunmuş texnoloji bilik və məlumatlılıq
- MS Office və onun funksionallıqları üzrə yaxşı biliklər
- Statistik analiz proqramları və alətlərindən istifadə təcrübəsi
- Müştəri Münasibətlərinin İdarə Edilməsi (CRM) platformalarının satışla bağlı modulları üzrə yaxşı bilik
- ERP (Enterprise Resource Planning) platformaları üzrə yaxşı bilik
- Lead generation, hesabların idarə edilməsi, portfelin idarə olunması və müqavilələrin bağlanması da daxil olmaqla korporativ satış prosesləri üzrə təcrübə
- Biznes göstəriciləri (KPİ-lər) haqqında güclü anlayış və büdcə idarəetmə bacarığı
- Layihələri icra etmək bacarığı
- Danışıqlar aparmaq bacarığı
- B kateqoriyası sürücülük vəsiqəsi
Bilik və bacarıqlar
- azərbaycan dili
- Microsoft Office
- rus dili
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış koordinatoru üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 650 ₼.
35 açıq vakansiya, 21 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış koordinatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Korporativ satış sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Azərbaycan və Rus dillərində sərbəst, İngilis dilində isə yazılı və şifahi bacarıqlar tələb olunur.
Microsoft Office, CRM və ERP platformaları istifadə olunur.
Biznes, Marketinq, Kommersiya, Strategiya və ya İqtisadiyyat üzrə bakalavr və ya magistr dərəcəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış koordinatoru üzrə Bakıda digər açıq elanlar.
Yeni korporativ müştərilərin axtarılması və satış prosesinin koordinasiyası üzrə iş görür.
Korporativ müştərilərə satış edir və portfel idarəetməsi üzrə 5 il təcrübəsi var.
Satış sənədləşməsi və müştəri əlaqələrini idarə etmək üçün MS Excel bacarığı tələb olunur.



