Daxil olan müştəri sorğularını qeydiyyata alır və satış prosesini koordinasiya edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Daxil olan sifarişlərin qeydiyyatını aparmaq və müvafiq sistemə daxil etmək;
- Elektron sifarişlərin qəbulunu, emalını və icra prosesini izləmək;
- Sifarişlərlə bağlı daxil olan məlumatları dəqiqləşdirmək məqsədilə satış nöqtələri ilə əlaqə saxlamaq və sifarişlərin vaxtında və düzgün icrasını təmin etmək;
- Satış fəaliyyəti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək;
- Şirkətlə əməkdaşlıq edən satış nöqtələrinin və müştərilərin məlumat bazasını formalaşdırmaq, mütəmadi olaraq yeniləmək və məlumatların dəqiqliyini təmin etmək;
- Sifarişlərin icrası zamanı yaranan sual və problemləri aidiyyəti şəxslərlə koordinasiya etmək;
- Satış proseslərinin səmərəli təşkili və məlumat mübadiləsinin təmin edilməsi məqsədilə müvafiq şöbələrlə əməkdaşlıq etmək;
- Tərəfdaşlar və müştərilər üçün təşkil olunan tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
Namizədə dair tələblər
- Orta ixtisas və ya ali təhsil;
- Satış və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ya ingilis dili bilikləri üstünlükdür;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
- Məlumatlarla işləmək, sifarişləri sistemləşdirmək və hesabat hazırlamaq bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
- Aktiv, təşəbbüskar və nəticəyönümlü iş yanaşması;
- Komandada işləmək və iş proseslərini effektiv şəkildə koordinasiya etmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Satış üzrə Operator” qeyd etməklə göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış koordinatoru üzrə bazar adətən 550–800 ₼ ödəyir, median — 600 ₼.
24 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış koordinatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Araznet ”MMC" mənsub olduğu fəaliyyət sahəsində Azərbaycan bazarında qabaqcıl şirkətlərdən biridir. Araznet ”MMC" 01.08.2014 tarixindən fəaliyyətə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Satış və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
İş saatları və günləri barədə məlumat verilməyib.
Namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə Operator” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış koordinatoru üzrə Bakıda digər açıq elanlar.
Müştəri müraciətlərini qəbul edir, satış sənədlərini hazırlayır və satış komandasına dəstək verir.
Satış sənədləşməsi və müştəri əlaqələrini idarə etmək üçün MS Excel bacarığı tələb olunur.
Müştərilərlə əlaqə qurur, satış sifarişlərini qəbul edir və sənədləri hazırlayır, 6 ay təcrübə tələb olunur.




