Yeni korporativ müştərilərin axtarılması və satış prosesinin koordinasiyası üzrə iş görür.
Vakansiya haqqında
Satış və Müştəri Əlaqələri üzrə Təcrübə Proqramı satış sahəsində praktiki bilik və bacarıqlar qazanmaq, müştərilərlə ünsiyyət qurmağı öyrənmək və peşəkar inkişafını təmin etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar müştərilərlə əlaqə saxlamaq, xidmətlərin təqdimatı, satış prosesinin idarə olunması və gündəlik hesabatların hazırlanması üzrə təcrübə əldə edəcəklər. İşə başlamazdan əvvəl təlim və peşəkar dəstək göstəriləcək, uğurlu nəticələr əsasında isə gələcək karyera imkanları yaradıla bilər.
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərlə əlaqə saxlamaq;
- Müştəri zənglərini və whatsapp müraciətlərini cavablandırmaq;
- Müştərilərə xidmətlər haqqında məlumat vermək və uyğun xidmətləri təklif etmək;
- Müştərilərin suallarını cavablandırmaq və satış prosesində iştirak etmək;
- Gündəlik zəngləri, müraciətləri və satış nəticələrini qeyd etmək;
- Görülən işlər barədə gündəlik hesabat təqdim etmək.
Namizədə dair tələblər:
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Səlis, aydın və düzgün nitq qabiliyyəti;
- Telefon vasitəsilə müştərilərlə sərbəst ünsiyyət qurmaq bacarığı;
- İnandırıcı danışıq və müştəri etirazları ilə işləmək bacarığı;
- Satış sahəsinə maraq və nəticəyönümlü yanaşma;
- Aktiv, təşəbbüskar və öyrənməyə həvəsli olmaq;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Kompüter və ofis proqramlarından ilkin istifadə bacarığı.
- İş təcrübəsi tələb olunmur. Universitet tələbələri də müraciət edə bilərlər.
Biz nə təklif edirik?
- Satış və müştəri əlaqələri sahəsində praktiki təcrübə;
- İşə başlamazdan əvvəl təlim və peşəkar dəstək;
- Ünsiyyət, təqdimat və satış bacarıqlarını inkişaf etdirmək imkanı;
- Peşəkar iş mühiti;
- Fəaliyyət nəticələrinə uyğun inkişaf və karyera perspektivi.
İş yeri:Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 234
İş qrafiki: Tam ştat və yarımştat
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.
E-poçtun mövzu hissəsi: Satış və Müştəri Əlaqələri üzrə Təcrübəçi
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış koordinatoru üzrə bazar adətən 550–900 ₼ ödəyir, median — 700 ₼.
25 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış koordinatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 234 ünvanındadır.
İş tam ştat və yarımştat rejimində təşkil olunur.
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Güclü ünsiyyət bacarığı, səlis nitq, telefonla sərbəst ünsiyyət, satış sahəsinə maraq və öyrənməyə həvəs tələb olunur.
İş təcrübəsi tələb olunmur, universitet tələbələri də müraciət edə bilərlər.
E-poçtun mövzu hissəsində 'Satış və Müştəri Əlaqələri üzrə Təcrübəçi' yazılmalıdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMüraciət üçün son tarix 26 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış koordinatoru üzrə Bakıda digər açıq elanlar.
Daxil olan sifarişləri qeyd edir, emal edir və satış üzrə koordinasiya bacarığı tələb olunur.
Müştəri müraciətlərini qəbul edir, satış sənədlərini hazırlayır və satış komandasına dəstək verir.
Filiallarda ön ofis əməkdaşlarının işini koordinasiya edir və satışların təhlilini aparır.




