Daxil olan sifarişləri qeyd edir, emal edir və satış üzrə koordinasiya bacarığı tələb olunur.
Vakansiya haqqında
«RASMAR» MMC mühəndislik, satınalma, logistika və sənaye təchizatı sahələrində fəaliyyət göstərən dinamik şirkətdir. Müştərilərdən və tərəfdaşlardan daxil olan sorğuların vaxtında cavablandırılması, qiymət təkliflərinin operativ tərtib olunması və kommersiya yazışmalarının aparılması üçün məsuliyyətli, operativ və unsiyyətcil işçi axtarışındayıq.
Ünvan: Bakı şəhəri
Vəzifə Öhdəlikləri
- Müştərilərdən, tərəfdaşlardan və satınalma sorğularından daxil olan zəngləri, e-poçtları və sorğuları operativ şəkildə cavablandırmaq;
- Tələb olunan malların/xidmətlərin spesifikasiyasına uyğun olaraq qiymət təkliflərini (commercial offer / proforma invoice) hazırlamaq və müştərilərə göndərmək;
- Göndərilmiş qiymət təkliflərinin statusunu izləmək və müştərilərlə əks-əlaqə yaratmaq;
- Təchizatçılardan və istehsalçılardan ilkin qiymət və çatdırılma müddətlərini öyrənmək;
- Müştəri bazası və daxil olan sorğular üzrə gündəlik/həftəlik hesabatlılığı aparmaq;
- Rəhbərliyin verdiyi digər cari tapşırıqları vaxtında icra etmək.
Namizədə Dair Tələblər
- Təhsil: Ali və ya orta-ixtisas təhsili;
- İş təcrübəsi: Analoji sahədə (müştəri xidmətləri, satış dəstəyi, satınalma və ya sorğularla iş) minimum 1 il təcrübə arzuolunandır (yeni məzunlar da müraciət edə bilər);
- Kompyuter bilikləri: MS Office (xüsusilə MS Excel və MS Outlook proqramlarında sərbəst işləmək bacarığı);
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (biznes yazışmaları və sorğuları cavablamaq üçün arzuolunandır);
- Yazılı və şifahi ünsiyyət qabiliyyəti, rəsmi işgüzar yazışma qaydalarını bilmək;
- Operativlik, diqqətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı.
İş Şəraiti və Təminatlar
- İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə, 09:00 – 18:00);
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsi;
- Gələcəkdə karyera və əməkhaqqı artımı imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mühüm qeyd: Məktubun mövzu (Subject) hissəsində Satış və sorğular üzrə mütəxəssis qeyd olunması mütləqdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış koordinatoru üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 600 ₼.
24 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış koordinatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhərindədir.
İş həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi təklif olunur.
Analoji sahədə minimum 1 il təcrübə arzuolunandır, yeni məzunlar da müraciət edə bilər.
Namizədlər CV-lərini göndərməlidir, məktubun mövzu hissəsində "Satış və sorğular üzrə mütəxəssis" qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış koordinatoru üzrə Bakıda digər açıq elanlar.
Müştəri müraciətlərini qəbul edir, satış sənədlərini hazırlayır və satış komandasına dəstək verir.
Müştəriləri qarşılayır, məhsullar barədə məlumat verir və rəhbərin tapşırıqlarını icra edir.
Daxil olan müştəri sorğularını qeydiyyata alır və satış prosesini koordinasiya edir.




