Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 300–1 600 ₼
Yerləşdirilib
16 iyun 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

Bölgə Müdiri (Bakı -Sumqayıt)

Şirkət: Orzax / BioHerbalBaku MMC

İş yeri: Bakı-Sumqayıt

İş rejimi: Tam ştat (sahə)

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi əsaslı və beynəlxalq standartlara uyğun qida əlavələri ilə 50-dən çox ölkədə fəaliyyət göstərən güclü beynəlxalq markadır. Azərbaycanda rəsmi nümayəndə olan BioHerbalBaku MMC, aptek kanalında effektiv satış strategiyası ilə bazarda mövqeyini gücləndirməyə davam edir.

Bu çərçivədə komandamıza satış komandasını idarə edəcək Bölgə Müdiri axtarırıq.

Bölgə Müdiri məsul olduğu ərazi üzrə satış komandasının idarə olunması, satış hədəflərinin yerinə yetirilməsi və Orzax məhsullarının aptek kanalında strateji inkişafının təmin edilməsinə cavabdehdir.

Təklif etdiklərimiz

Əmək haqqı 1300-1600 AZN (təcrübəyə əsasən)

Bonus və premya sistemi

Benzin kartı və ya yol xərci

Qidalanma kartı

Təlim və inkişaf imkanları

Vəzifə öhdəlikləri

Bölgə üzrə satış strategiyasının hazırlanması və icrasına nəzarət

Satış komandasının idarə olunması və inkişafı

Satış hədəflərinin planlaşdırılması və icrası

Aptek şəbəkəsinin genişləndirilməsi strategiyasının qurulması

Satış və medikal komandalar arasında koordinasiyanın təmin edilməsi

Sahə ziyarətləri və performans qiymətləndirilməsi

Rəf düzülüşü və məhsul mövcudluğuna nəzarət

Kampaniyaların tətbiqi və effektivliyi

Rəqib analizləri və bazar izlənməsi

Hesabatların hazırlanması və təqdimatı.

Tələblər

Ali təhsil

2–3 il OTC sahəsində fəaliyyət

İdarəetmə sahəsində təcrübə üstünlükdür

Güclü satış bacarığı

Güclü kommunikasiya bacarıqları

Səyyar iş rejiminə uyğunluq.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 300–1 600 ₼
Bölgə müdiri
Müraciət et