Müştərilərlə ünsiyyət qurur, mebel və interyer sahəsində satış bacarıqları tələb olunur.
Vakansiya haqqında
Bompani komandamıza Satış Meneceri axtarır.
Fəaliyyət sahəmiz quraşdırılan mətbəx texnikasıdır. Bu vəzifədə çalışan əməkdaş yalnız məhsul satışı ilə deyil, həmçinin mətbəx mebeli, texniki uyğunluq və müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimi ilə bağlı biliklər əldə edir.
Şirkətimizdə əməkdaşlara etibar və sərbəst işləmə mühiti yaradılır. Buna görə də bu vəzifə özünü idarə etməyi bacaran, məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq namizədlər üçün xüsusilə uyğundur.
Məqsədimiz yalnız satış həyata keçirən əməkdaş deyil, zamanla komandaya real dəyər qatan və etibar olunan peşəkar satış mütəxəssisləri yetişdirməkdir.
Vəzifə öhdəlikləri
- Mağazaya müraciət edən müştərilərə məhsulların təqdimatını həyata keçirmək
- Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun mətbəx texnikasının seçilməsinə kömək etmək
- Məhsulların texniki xüsusiyyətlərini, funksiyalarını və üstünlüklərini izah etmək
- Müştəriyə fərdi təkliflər hazırlamaq, təqdim etmək və satış prosesini izləmək
- Satışı uğurla yekunlaşdırmaq və sifarişləri rəsmiləşdirmək
- Mövcud və potensial müştərilərlə peşəkar və düzgün ünsiyyət qurmaq
- Müştəri müraciətlərini və satış proseslərini vaxtında təqib etmək
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və tələb olunan qaydada yerinə yetirmək
- Görülən işlər üzrə gündəlik və həftəlik hesabatlar hazırlamaq
- Bazar və rəqib araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini analiz etmək
Tələblər
- Satış sahəsində iş təcrübəsi arzuolunandır
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Müştəri yönümlü yanaşma
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Aktiv, çevik və təşəbbüskar olmaq
- Məsuliyyətli və nizam-intizamlı olmaq
- Müstəqil işləməyi və özünü idarə etməyi bacarmaq
- Yeni məhsul və texniki məlumatları öyrənməyə həvəsli olmaq
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
- Rus dili biliyi üstünlükdür
İş şəraiti
- İş qrafiki: 6 günlük, 09:00–19:00
- İş yeri: Bakı şəhəri, N.Yusifbəyli küç. 42C
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Şirkətdaxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Peşəkar və inkişaf yönümlü iş mühiti
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.
141 açıq vakansiya, 106 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, N.Yusifbəyli küç. 42C ünvanındadır.
İş qrafiki həftədə 6 gün, saat 09:00–19:00-dur.
Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə təmin edilir.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçŞirkət daxili təlim və inkişaf imkanları, karyera yüksəlişi və peşəkar iş mühiti təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb edir, beynəlxalq satış bilikləri tələb olunur.
Xarici bazarlarda meyvə satışını idarə edir və 5 ildən çox satış təcrübəsi tələb olunur
Fərdi mebel layihələri üzrə müştəri ehtiyaclarını analiz edib satış prosesini idarə edir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



