HORECA satış komandasını idarə edir və satış hədəflərinə nail olmaq üçün çalışır.
Vakansiya haqqında
Şirkət haqqında
Böyüyən mebel istehsalı komandamıza fərdi (custom) mebel layihələri üzrə müştəri ehtiyaclarını düzgün analiz edən, satış prosesini peşəkar şəkildə idarə edə bilən və nəticəyönümlü Satış Meneceri axtarırıq.
İş şəraiti və təklif etdiklərimiz
- İş qrafiki: 5 günlük iş həftəsi, həftədə 2 gün istirahət;
- Əməkhaqqı: Sabit əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus/faiz sistemi;
- Müasir şou-rum və peşəkar iş mühiti;
- Dizayn, konstruksiya və istehsalat komandası ilə birbaşa işləmək imkanı;
- Mebel və interyer sahəsində bilik və satış bacarıqlarının inkişaf etdirilməsi;
- Nəticələrə uyğun karyera və gəlir artımı imkanı.
Müraciət qaydası
Vəzifə öhdəlikləri
- Şou-ruma gələn və rəqəmsal kanallar vasitəsilə müraciət edən müştəriləri qarşılamaq, ehtiyac və gözləntilərini müəyyənləşdirmək;
- Mətbəx, qarderob və digər fərdi mebel layihələri üzrə ilkin konsultasiya vermək;
- Müştərinin ehtiyacına və büdcəsinə uyğun material, rəng, səth və furnitura seçimində istiqamətləndirmə aparmaq;
- Dizayn və konstruktor komandası ilə əməkdaşlıq edərək layihə üçün ilkin həllin və qiymət təklifinin hazırlanmasını koordinasiya etmək;
- Kommersiya təkliflərini təqdim etmək, danışıqları aparmaq və satış prosesini müqavilə mərhələsinə çatdırmaq;
- Sifariş təsdiqləndikdən sonra istehsal, çatdırılma və quraşdırma mərhələlərinin gedişatını izləmək və müştərini məlumatlandırmaq;
- Mövcud müştərilərlə uzunmüddətli münasibətləri qorumaq;
- Yeni fərdi və korporativ (B2B) müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Satış məlumatlarının və müştəri müraciətlərinin sistemli şəkildə qeydiyyatını aparmaq.
Tələblər
-Yaş həddi: 25+
- Fərdi mebel, interyer, tikinti materialları və ya əlaqəli sahələrdə minimum 1–2 il satış təcrübəsi;
- Mebel materialları, furnitura və istehsal prosesləri haqqında baza bilikləri;
- Məkan, ölçü və proporsiya anlayışının olması;
- Texniki eskiz, plan və ölçüləri oxuma bacarığı üstünlükdür;
- Dizayn və ya eskiz proqramları haqqında ilkin biliyin olması üstünlükdür;
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
- Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştərinin ehtiyacını düzgün müəyyənləşdirmək və uyğun həll təklif etmək bacarığı;
- Məsuliyyətlilik, detallara diqqət, sistemli və nəticəyönümlü iş prinsipi;
- Eyni vaxtda bir neçə müştəri və layihəni idarə etmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.
127 açıq vakansiya, 91 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş həftəsi 5 gündür, həftədə 2 gün istirahət var.
Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus/faiz sistemi mövcuddur.
Yaş həddi 25-dən yuxarıdır.
Fərdi mebel, interyer və ya əlaqəli sahələrdə minimum 1-2 il satış təcrübəsi tələb olunur.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Müştəri bazası formalaşdırır, texniki məhsulu izah edir və B2B satışda 2 il təcrübəsi tələb olunur.
Şirkətin B2B satışlarını idarə edir, aktiv satış və müştəri cəlb etmə bacarığı tələb olunur.
Mebel və tikinti materialları sahəsində satış aparır, ən azı 2 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



