Vakansiya haqqında

Elektro Mall elektrik və işıqlandırma sahəsində fəaliyyət göstərən, müxtəlif kateqoriyalar üzrə məhsul və həllərin satışını həyata keçirən şirkətdir. Şirkətimiz fərdi və korporativ müştərilərə məhsul seçimi, satış və texniki istiqamətləndirmə üzrə xidmət göstərir. Məqsədimiz müştərilərə keyfiyyətli məhsul, düzgün həll və peşəkar xidmət təqdim etməkdir. Satış komandamızı genişləndirmək məqsədilə Satış meneceri vəzifəsinə yeni əməkdaş axtarırıq.

İş şəraiti

  • Əməkhaqqı: 600 AZN + satış nəticələrinə əsaslanan bonus
  • İş saatları: 09:00–18:00
  • İşə qəbul: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi
  • İş yeri: Elektro Mall — Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 1\25

Vəzifə öhdəlikləri

  • Mağazaya və digər satış kanallarına müraciət edən müştərilərlə peşəkar ünsiyyət qurmaq;
  • Müştərinin ehtiyacını müəyyənləşdirmək və uyğun məhsulları təklif etmək;
  • Elektrik, işıqlandırma və şirkətin digər məhsul qrupları üzrə satış həyata keçirmək;
  • Mövcud müştəri bazası ilə davamlı işləmək və müştəri münasibətlərini qorumaq;
  • Yeni müştərilərin cəlb edilməsində və müştəri bazasının genişləndirilməsində aktiv iştirak etmək;
  • Müştərilərə məhsulların xüsusiyyətləri, qiymətləri və istifadə istiqamətləri haqqında düzgün məlumat vermək;
  • Qiymət təkliflərinin hazırlanması və müştəriyə təqdim edilməsində iştirak etmək;
  • Müştəri sorğularını və sifarişlərini operativ şəkildə cavablandırmaq;
  • Sifarişin qəbulundan satışın tamamlanmasına qədər prosesi izləmək;
  • Satış planı və müəyyən edilmiş hədəflər üzrə işləmək;
  • Müştərilərin təkrar alışını və şirkətlə uzunmüddətli əməkdaşlığını təmin etməyə çalışmaq;
  • Satışla bağlı məlumatları şirkətin istifadə etdiyi sistemdə düzgün qeyd etmək;
  • Görülmüş işlər və satış nəticələri üzrə tələb olunan gündəlik/həftəlik hesabatları təqdim etmək;
  • Şirkətin daxili prosedurlarına, satış standartlarına və iş intizamına riayət etmək.

Namizədə tələblər

  • Yaş: 20–35;
  • Satış sahəsində işləmək və inkişaf etmək istəyi;
  • Satış təcrübəsinin olması üstünlükdür;
  • Elektrik, işıqlandırma və ya əlaqəli texniki məhsullar üzrə bilik və iş təcrübəsinin olması güclü üstünlükdür;
  • Müştəri ehtiyacını düzgün müəyyənləşdirmək və məhsulu təqdim etmək bacarığı;
  • Güclü ünsiyyət və satış qabiliyyəti;
  • Danışıqlar aparmaq və müştəri ilə düzgün münasibət qurmaq bacarığı;
  • Nəticəyönümlü və satış hədəfləri ilə işləməyə hazır olmaq;
  • Aktiv, operativ, məsuliyyətli və intizamlı olmaq;
  • Öyrənməyə və məhsullar üzrə texniki biliklərini inkişaf etdirməyə açıq olmaq;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • MS Office proqramları üzrə baza biliklərinin olması üstünlükdür.

Axtardığımız əməkdaş

  • Biz sadəcə mağazada müştəri gözləyən deyil, müştərinin ehtiyacını anlayan, məhsulu öyrənən, satışın nəticəsinə fokuslanan və öz müştəri bazasını inkişaf etdirməyə çalışan satış meneceri axtarırıq.
  • Elektrik sahəsində təcrübəsi olan, elektrik və işıqlandırma məhsullarını tanıyan namizədlərə seçim zamanı xüsusi üstünlük veriləcək.

Əlaqədar şəxs: Aysel Hüseynova

  • Əlaqə nömrəsi: 050-575-46-66 (Qəbul saatları 09:00- 18:00)

Vakansiyanın tələblərinə uyğun namizədlər CV-lərini “Satış meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə vasitəsinə göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, ƌməd Rəcəbli kücəsi 1/25
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
6 noyabr 2026
Baxış
65

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 700–1 250 ₼ ödəyir, median — 900 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

141 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satış meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Elektro Mall, ƌməd Rəcəbli kücəsi 1/25, Bakı.

09:00-dan 18:00-dəkdir.

600 AZN + satış nəticələrinə əsaslanan bonus verilir.

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi ilə işə qəbul edilir.

Güclü ünsiyyət, satış bacarığı, məhsul bilikləri və MS Office proqramları üzrə baza bilikləri tələb olunur.

CV-lərini “Satış meneceri” başlığı ilə elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satış meneceri üzrə Bakıda digər açıq elanlar.

Bisso Mebel
MiddleBakı
800–1 500₼

Müştərilərlə ünsiyyət qurur, mebel və interyer sahəsində satış bacarıqları tələb olunur.

Sales target achievementCustomer CommunicationSales Process ManagementProduct Knowledge+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
BMNS Electric MMC
Middle · 1+ ilBakı
600₼

Müştərilərlə ünsiyyət qurur və satışları həyata keçirmək üçün təcrübə tələb olunur.

Customer Relationship ManagementCustomer CommunicationSalesProduct Knowledge+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Massi
Junior · 1+ ilBakı
800–1 000₼

Müştərilərlə satış prosesini idarə edir və minimum 1 il satış təcrübəsi tələb olunur.

ResponsibilityTeamworkCustomer ServiceSales Process Management+2
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Satış meneceri
Müraciət et