Müştərilərlə ünsiyyət qurur, satış aparır və müştəri bazasını inkişaf etdirir.
Vakansiya haqqında
BestDoctor AI Agency öz komandasına satış meneceri axtarır.
Biz həkimlər və klinikalar üçün sayt hazırlayırıq, SEO aparırıq və onların ChatGPT, Gemini kimi süni intellekt axtarışlarında görünməsi üçün işləyirik. Xidmətlərimiz hazır paketlərdir, tərkibi və qiyməti bəllidir. Sizin işiniz bu paketləri həkim və klinikalara təqdim etmək və danışıqları satış ilə yekunlaşdırmaqdır.
Əmək haqqı: satışdan faiz. Faiz yüksəkdir və gəlirinizə heç bir limit qoyulmur.
Satacağınız xidmətlər:
- Şəxsi sayt, SEO və süni intellekt axtarışında görünmə paketi (birdəfəlik)
- Aylıq məqalə, backlink və link quruculuğu paketi (abunə)
Nə edəcəksiniz:
- Həkim və klinikalarla ilk əlaqəni qurmaq: zəng, WhatsApp
- Xidmət paketlərini təqdim etmək və sualları cavablandırmaq
- Danışıqları satışa qədər aparmaq (dəstək göstəriləcək)
Sizdən gözləntilərimiz:
- Həkimlərlə hörmətlə və peşəkar dildə danışmağı bacarırsınız
- Azərbaycan dilində səlis danışırsınız, rus dilini bilmək üstünlük sayılır
- SEO və ya rəqəmsal marketinq barədə ilkin təsəvvürünüz varsa, bu üstünlük sayılır. Qalanını biz öyrədirik.
Nə təklif edirik:
- Hər satışdan yüksək faiz
- Hazır xidmət paketləri və satış materialları
- Sərbəst qrafik.
Müraciət üçün LinkedIn-də bizə yazın.
#vakansiya #satış #satışmeneceri #işelanı #Bakı #marketinq
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 700–1 250 ₼ ödəyir, median — 900 ₼.
127 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Pasiyent sizi axtaranda, istər axtarış sistemində, istər ChatGPT-də, sizin haqqınızda aydın məlumat tapsın.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş Bakıda, Bakı Ekonomik Zonasında yerləşir.
Sərbəst qrafikdə işləmək mümkündür.
Hər satışdan yüksək faiz ödənilir, gəlirə limit yoxdur.
Satış, müştəri ilə ünsiyyət, SEO və rəqəmsal marketinq barədə ilkin təsəvvür üstünlükdür.
Azərbaycan dilində səlis danışmaq tələb olunur, rus dili üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Kimyəvi təmizlik məhsullarının satışını həyata keçirir və ünsiyyət bacarığı tələb olunur.
Potensial müştərilərlə işləyir və satış prosesini idarə etmək üçün B2B satış bacarığı tələb olunur.
Müştərilərlə ünsiyyət qurur və satış prosesini şirkət standartlarına uyğun idarə edir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


