Telesatış və birbaşa satış şöbəsini idarə edir, satış strategiyalarını hazırlayır və komandanı rəhbərlik edir.
Vakansiya haqqında
Namizədə olan tələblər
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Şəxsi avtomobilinin olması;
- Satış, idarəetmə və liderlik bacarıqları;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
- Dəqiqlik, məsuliyyətlilik, nizam-intizam və kollektivlə işləmək bacarığı.
Vəzifə öhdəlikləri
- Tabeliyində olan satış nümayəndələrinin və ekspeditorların fəaliyyətini idarə etmək, iş prosesinə nəzarət etmək;
- Mövcud müştəri bazasının genişləndirilməsini, yeni korporativ müştərilərin və satış imkanlarının müəyyən edilməsini təmin etmək;
- Satış nöqtələri ilə sağlam işgüzar münasibətlər qurmaq və şirkəti yüksək səviyyədə təmsil etmək;
- Əməkdaşlıq edilməyən marketlərin işlənilməməsi səbəblərini araşdırmaq, nəticələri rəhbərliyə məruzə etmək və yeni məhsulların satış nöqtələrində tanıdılmasını təmin etmək;
- Satış nümayəndələrinin fəaliyyətinə, məhsulların distribusiyasına, ticarət nöqtələrinə vizitlərin effektivliyinə və marşrut qrafikinə riayət olunmasına nəzarət etmək;
- Aksiyaların müəyyən edilmiş qaydalara uyğun keçirilməsini və müvafiq hesabatların düzgün hazırlanmasını təmin etmək;
- Ərazidə kəsir və ya şübhəli debitor borcu aşkarlandıqda araşdırma aparmaq, səbəbləri müəyyənləşdirmək və rəhbərliyə, eləcə də Audit Departamentinə dərhal məlumat vermək;
- Rəqiblərin fəaliyyətini və bazardakı dəyişiklikləri təhlil etmək, satışların artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi ilə bağlı təkliflər vermək;
- Satışlarda azalma müşahidə olunduqda səbəbləri araşdırmaq, bazar və ərazi təhlili aparmaq, müvafiq tədbirlər təklif etmək;
- Ekspeditorların xarici görünüşünə, davranışına, şəbəkə əməkdaşları ilə münasibətlərinə, iş qrafikinə və ərazilərə vaxtında çıxışına nəzarət etmək;
- Məhsulların satış nöqtələrində düzgün təqdim olunmasını və marketlərin məhsullarla vaxtında, tam təmin edilməsini təşkil etmək;
- Şirkətin satış planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Kuratorluğunda olan şəbəkə marketləri üzrə debitor borclarını hər ay üzləşdirmək, müqavilə və ticari şərtləri izləmək, ödənişləri tələb və təqib etmək, ödənişlərin bölgüsünü həyata keçirmək və verilən bölgüyə görə məsuliyyət daşımaq.
İş şərtləri
- Əmək haqqı: 2000–2500 AZN (net);
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00–18:00;
- İş ünvanı: Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsi;
- Əlavə təminatlar: Nahar, yanacaq xərcləri, korporativ mobil nömrə və avtomobilin amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Şəbəkələr üzrə Bölgə Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.
125 açıq vakansiya, 110 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
2000-ci illərdən etibarən ölkəmizdə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsi, qeyri-neft sektorunun sürətli inkişafı, eləcə də investisiya və özəl biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşması yeni və perspektivli şirkətlərin…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 5 günlük iş həftəsi, saat 09:00–18:00-dır.
Əmək haqqı 2000–2500 ₼ (net) təşkil edir.
İş ünvanı Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsidir.
Nahar, yanacaq xərcləri, korporativ mobil nömrə və avtomobilin amortizasiya xərcləri qarşılanır.
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.
Bəli, şəxsi avtomobilin olması tələb olunur.
CV-lər mövzu hissəsində “Şəbəkələr üzrə Bölgə Müdiri” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Özəl bankçılıq üzrə satış komandasını idarə edir və satış imkanlarını inkişaf etdirir
Savdo bo‘limini boshqaradi, jamoani rivojlantiradi va savdo ko‘rsatkichlarini tahlil qiladi.
HORECA satış komandasını idarə edir və yeni müştərilər cəlb edir, 5 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





