Potensial müştərilərlə əlaqə saxlamaq, yeni müştərilərin cəlb edilməsi vacibdir.
Vakansiya haqqında
Xaricdə təhsil sahəsində fəaliyyət göstərən komandamıza Xaricdə Təhsil Paketləri üzrə Satış Meneceri vəzifəsi üzrə yeni əməkdaş axtarırıq.
Təklif edirik:
- Yüksək əməkhaqqı
- Satış nəticələrinə əsasən yüksək bonus sistemi
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanı
- Peşəkar və dinamik iş mühiti
- Davamlı təlim və inkişaf proqramları
Namizədə tələblər:
- Ali təhsil;
- Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Satış sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir. Xaricdə təhsil sahəsində təcrübə arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Xaricdə təhsil paketlərinin müştərilərə təqdim olunması və satışı;
- Potensial müştərilərlə görüş və danışıqların aparılması;
- Müştərilərə peşəkar konsultasiya xidmətinin göstərilməsi;
- Müştəri bazasının formalaşdırılması və idarə olunması;
- Satış planının icra edilməsi və aylıq hədəflərin yerinə yetirilməsi.
Əməkhaqqı: Yüksək fix əməkhaqqı + yüksək bonus sistemi.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərə bilərlər.
Zəhmət olmasa, e-mailin mövzu (Subject) hissəsində "Xaricdə Təhsil Paketləri üzrə Satış Meneceri" qeyd edin.
Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Şirkət haqqında
Qafqaz Xaricdə Təhsil 10 ildən artıqdır ki, xaricdə təhsil sahəsində peşəkar məsləhət və qəbul xidmətləri göstərən etibarlı təhsil mərkəzidir.
QAFQAZ Təhsil Mərkəzi — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Səs sistemlərinin satışını həyata keçirir və müştəri əlaqələrini inkişaf etdirir, satış təcrübəsi tələb olunur.
Məhsulların satışını həyata keçirir, müştəri ziyarətləri edir və satışda ən az 2 il təcrübəsi var.
Gözəllik məsləhətçilərinə satış və müştəri xidməti üzrə təlim verir, CRM bilikləri tələb olunur.



