Texniki xidmətlərin satışını həyata keçirir, güclü ünsiyyət və satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Şirkətin biznes konsaltinq və İT həllərinin (ERP, CRM, avtomatlaşdırma və süni intellekt həlləri) korporativ müştərilərə satışını həyata keçirmək
- Yeni korporativ müştərilərin müəyyən edilməsi, cəlb olunması və uzunmüddətli əməkdaşlıqların qurulması
- Mövcud müştəri portfelinin idarə edilməsi və inkişaf etdirilməsi
- Müştərilərlə görüşlər keçirmək, ehtiyaclarını təhlil etmək və uyğun həllər təqdim etmək
- Kommersiya təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
- Satış planlarını yerinə yetirmək və satış nəticələrini mütəmadi olaraq təhlil etmək
- Bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini izləyərək satış strategiyasına töhfə vermək
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları, Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
- Minimum 5 il satış sahəsində iş təcrübəsi
- B2B satışları üzrə, xüsusilə İT xidmətləri və ya proqram təminatı sahəsində təcrübə üstünlükdür
- ERP sistemləri və biznes proseslərinin avtomatlaşdırılması sahəsində bilik və ya təcrübə üstünlük hesab olunur
- Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Müştəri yönümlü düşüncə tərzi və nəticəyə fokuslanma
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Komandada işləmək və təşəbbüskar olmaq
İş şəraiti
- Rəsmi əmək müqaviləsi
- Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması
- Peşəkar inkişaf, təlim və karyera yüksəlişi imkanları
- Müasir və dinamik iş mühiti
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Satış Nümayəndəsi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 avqust 2026
Son tarix
6 sentyabr 2026
Şirkət haqqında
Rewire Model Group
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Məlumatların idarəedilməsi və biznes analitika üzrə layihələri planlaşdırır və icra edir, SQL və Python bilikləri tələb olunur
Maaş göstərilməyib
Data inteqrasiyası layihələrini planlaşdırır və biznes analitikası üzrə SQL və Python bilikləri tələb olunur
Maaş göstərilməyib
Biznesin inkişafı və konsaltinq həlləri üzrə müştəri ehtiyaclarını kommersiya həllərinə çevirir.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 


