Əsas vəzifə öhdəlikləri
- Sayt, sosial şəbəkə, reklam, telefon və WhatsApp üzərindən daxil olan müraciətləri operativ cavablandırmaq;
- Müştərinin ehtiyacını müəyyənləşdirmək və uyğun xidmət və ya paket təklif etmək;
- Domen, hosting, e-mail, VPS, dedicated server, SSL və backup xidmətlərinin satışını həyata keçirmək;
- Kommersiya təklifləri hazırlamaq, təqdim etmək və təkliflər üzrə müntəzəm follow-up aparmaq;
- Yeni korporativ müştərilər tapmaq, görüşlər keçirmək və uzunmüddətli əlaqələr qurmaq;
- Mövcud müştərilərə əlavə xidmətlər təklif etmək və cross-sell satışları həyata keçirmək;
- Satış prosesinin bütün mərhələlərini CRM-də düzgün qeyd etmək;
- Müqavilə, ödəniş və xidmətin aktivləşdirilməsi prosesini aidiyyəti əməkdaşlarla koordinasiya etmək;
- İtirilmiş satışların səbəblərini qeyd etmək və həftəlik/aylıq hesabat təqdim etmək;
- Xidmətlərin yenilənmə tarixlərini izləmək və müştəri itkisini azaltmaq.
Namizədə tələblər
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- B2B və ya İT xidmətlərinin satışı üzrə təcrübə üstünlükdür;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştərinin ehtiyacını analiz etmək və uyğun həll təqdim etmək qabiliyyəti;
- CRM və MS Office proqramları ilə işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ingilis dili üstünlükdür;
- Məsuliyyətli, təşəbbüskar, sistemli və nəticəyönümlü olmaq;
Texniki məhsulları öyrənməyə maraqlı olmaq
Biz nə təklif edirik?
- 700 AZN sabit əməkhaqqı;
- Aylıq nəticələrə əsaslanan 500 AZN-dək hədəf bonusu;
- Yeni və əlavə satışlardan limitsiz komissiya;
- Məhsullar və satış prosesi üzrə ilkin təlim;
- Mövcud müştəri bazası ilə işləmək imkanı;
- Peşəkar inkişaf və karyera perspektivi;
- Rəsmi əmək münasibətləri və nəticəyə əsaslanan şəffaf qiymətləndirmə sistemi.