Biznes sahibləri ilə əlaqə qurur, proqram həllərini təqdim edir və satış aparır.
Vakansiya haqqında
Vakansiya: B2B Satış Meneceri
Şirkət: FEB Group
İş rejimi: Hibrid (Ofis və sahə görüşləri)
Yerləşmə: Bakı
FEB Group komandasına B2B seqmentində aktiv satış bacarığına güvənən, portfeli böyütməyə həvəsli və nəticəyönümlü B2B Satış Meneceri axtarılır.
Təminatlar və İş Şəraiti
- Əməkhaqqı: Sabit maaş + satışdan yüksək bonus/faiz sistemi (müsahibə əsasında təyin olunur).
- Qrafik: 10:00 - 19:00
- Korporativ nömrə və nəqliyyat/yanacaq xərclərinin qarşılanması.
- Karyera inkişafı və peşəkar mühitdə təcrübə qazanmaq imkanı.
Müraciət qaydası:
Vəzifə öhdəlikləri
- Potensial korporativ müştəriləri (HORECA və digər B2B tərəfdaşlar) müəyyən etmək və yeni əməkdaşlıqlar qurmaq.
- Təyin olunmuş marşrut (rut) üzrə və öncədən planlaşdırılmış görüşləri həyata keçirmək.
- Şirkətin məhsullarını peşəkar şəkildə təqdim etmək, müştəri ehtiyaclarını analiz edərək uyğun təkliflər hazırlamaq.
- Danışıqlar aparmaq, qiymət təklifləri və müqavilə şərtlərini razılaşdırmaq.
- Mövcud müştəri bazası ilə mütəmadi əlaqə saxlayaraq təkrar sifarişləri təmin etmək.
- Görüşlərin gedişatı və satış nəticələri barədə rəhbərliyə gündəlik/həftəlik hesabatlar təqdim etmək.
Tələblər
- B2B satış sahəsində minimum 1 il təcrübə (HORECA və ya istehsalat məhsullarının satışı üzrə təcrübə üstünlükdür).
- Səlis nitq, təqdimat və inandırma bacarığı.
- Aktiv dinləmə və müştəri ehtiyacını düzgün təhlil etmə qabiliyyəti.
- Sahədə dinamik işləmək və rut planlaması apara bilmək vərdişi.
- B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması arzuolunandır.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–1 200 ₼
Yerləşdirilib
16 sentyabr 2026
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
1 200–2 000₼
Korporativ İT məhsullarının satışını həyata keçirir və ən azı 2 il satış təcrübəsi tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 000₼
Korporativ müştərilərə marketinq xidmətləri təqdim edir və B2B satışda 2-3 il təcrübəsi var.
Müraciət etAsan müraciətAsan müraciət
1 500–2 000₼
Korporativ satış strategiyasını hazırlayır, satış komandası idarə edir və müştəri əlaqələrini inkişaf etdirir.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 

